Mobil versiya
Prokurordan MTN generalları ilə bağlı Prezidentə MÜRACİƏT - Rütbələrinin ləğvini İSTƏDİ
Tarix: 22-02-2018 | Saat: 17:00
Bölmə:Manşet / Gündəm | çapa göndər

Prokurordan MTN generalları ilə bağlı Prezidentə MÜRACİƏT - Rütbələrinin ləğvini İSTƏDİ


Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq baş idarə və idarə rəisləri - general Sübahir Qurbanov, general Teymur Quliyev, general Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri - Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

aia.az “Report”a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə qapalı keçirilən prosesdə dövlət ittihamçısı təqsirləndirilən generalların rütbədən azad edilməsi barədə ölkə Prezdentinə, digər şəxslərin rütbısi ilə bağlı müvafiq orqanlara təqdimat göndərilməsi istəyib.

O, zərərçəkmişlərin mülki iddiaları ilə bağlı qanuna uyğun qərar verilməsini tələb edib.

Bundan başqa, dövlət ittihamçısı təqsirləndirilən şəxslərə qarşı Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) 1 milyon manatlıq mülki iddiası təmin olunmasını istəyib.

Həmçinin o, təqsirləndirilən şəxslərin üzərinə həbs qoyulmuş mülklərinin müsadirə olunması ilı bağlı qanunauyğun olaraq qərar çıxarılması tələb edib.

Prokuror general Sübahir Qurbanovun 16 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

O, digər şəxslərin - general Teymur Quliyevin 16 il, general Natavan Mirvətovanın 12 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.

Prokuror eləcə də həmin qurumun digər vəzifəli şəxsləri - Füzuli Əliyevin 15, Zaur Məmmədovun 14, Natiq Alıyevin 14, Fərhad Atayevin 7, Anar Şirəliyevin 7, Eşqin Əliyevin 7 və Elşad Əzizovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.

Təqsirləndirilən şəxslərin vəkilləri çıxış üçün məhkəmədən vaxt istəyib.

Proses martın 1-nə təyin edilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024