Mobil versiya
Azərbaycanda təbiət hadisəsi baş verib - Kiçik çillə çıxdı
Tarix: 21-02-2018 | Saat: 10:09
Bölmə:Manşet / Ölkə | çapa göndər

Azərbaycanda təbiət hadisəsi baş verib - Kiçik çillə çıxdı



Xalq arasında uzun illərin müşahidələri əsasında formalaşan qeyri-rəsmi təqvimə görə,bu gündən -fevralın 21-dənmartın 20-dəkAzərbaycan ərazisində qışınson çağı -"boz ay”başlayıb.

Xalq təqviminə görə, qış fəsli 3 hissəyə bölünür: böyük çillə 40 gün, kiçik çillə 20 gün çəkir. Onlardan sonra Novruzadək qalan 30 gün"boz ay”adlanır.

Xalq təqvimi ilə dekabrın 21-dən yanvarın 31-dək böyük çillə, yanvarın 31-dən fevralın 20-dək kiçik çillə, fevralın 21-dən martın 20-dək"boz ay”davam edir.

Martın 20-də daha bir təbiət hadisəsi - yaz gecə-gündüz bərabərliyi baş verəcək və bahar fəsli başlayacaq.

Modern.az-ın məlumatına görə, bu il Novruz çərşənbələrifevralın 27-dən başlayacaq. AMEAN.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının məlumatına görə, fevralın 27-də Su, martın 6-da Od, martın 13-də Hava (Yel), martın 20-də isə Torpaq çərşənbəsi qeyd olunacaq.B u il axırıncı çərşənbə baharın gəlişi ilə eyni günə təsadüf edəcək.

Yaz fəsli Azərbaycana martın 20-də Bakı vaxtı ilə saat 20:15-də daxil olacaq.
Dədə-babalarımızhəmişə bu təqvimə uyğun davranıblar...

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024