Mobil versiya
“Çalışmalıyıq ki, seçkilər yüksək qiymətləndirilsin” - Məzahir Pənahov
Tarix: 15-02-2018 | Saat: 11:37
Bölmə:Manşet / Siyasət | çapa göndər

“Çalışmalıyıq ki, seçkilər yüksək qiymətləndirilsin” - Məzahir Pənahov




“Demokratik, şəffaf seçkilərin keçirilməsi üçün ictimai-siyasi sabitlik mütləqdir. Amma, bu hal bizim üçün problem kimi qeyd olunmur. Arzu edirəm ki, gələcək nəsillər də bu problemlə qarşılaşmasınlar".

AzVision.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) dairə seçki komissiyalarının sədrləri üçün təşkil etdiyi seminar-müşavirədə çıxış edən MSK sədri Məzahir Pənahov deyib.

Onun sözlərinə görə, Azərbaycanda Dairə Seçki Komissiyaları üçün yaradılan şərait Avropa və Asiya ölkələrindəki müvafiq strukturlar üçün nümunə ola biləcək səviyyədədir: “Azərbaycanda MSK-nın böyük nüfuzu var. Artıq 10 ildir ki, 125 DSK sədrləri rayonların icra başçılarının müavinləri statusundadır. Bu çox düzgün bir qərardır. Azərbaycanda bu sahədə işlər nümunəvi təşkil edilib. Ancaq standartlar dəyişir, hər zaman aşağı seçki komissiyalarının fəaliyyəti təkmilləşməlidir. Çalışmalıyıq ki, Azərbaycanda keçirilən seçkilər ölkədən kənarda da yüksək qiymətləndirilsin”.

MSK sədri qeyd edib: “Tək bizə yox, digər ölkələrə də qərəzli münasibət olunur. Onların daxili işlərinə qarışma cəhdləri olur. Ölkənin daxili işlərinə müdaxilə etməyin yeganə yolu isə seçkilərdir. Biz bizi istəməyənlərin də ölkəmizdə seçkilərin yüksək səviyyədə keçirilməsini qəbul etdirməliyik".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024