Mobil versiya
Cəbhədə erməni TƏXRİBATI – Bakının mövqeyi daha sərt olacaq
Tarix: 09-02-2018 | Saat: 10:21
Bölmə:Manşet / Cəmiyyət | çapa göndər

Cəbhədə erməni TƏXRİBATI – Bakının mövqeyi daha sərt olacaq




Cəbhə xəttinin Füzuli istiqamətində Azərbaycan Ordusunun ön xətdə yerləşən mövqelərinə qarşı düşmən tərəfinin növbəti təxribat cəhdinin qarşısı bölmələrimiz tərəfindən görülən qabaqlayıcı tədbirlər nəticəsində alınıb.



Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin məlumatında bildirilib.



Məlumata görə, Ermənistan silahlı qüvvələri bölmələrinin 1 hərbi qulluqçusu məhv edilib və 2 hərbçisi isə ağır yaralanıb. Düşmən geri çəkilməyə məcbur edilib.



“Azərbaycan Ordusunun bölmələri cəbhə xəttində əməliyyat şəraitinə tam nəzarət edir”-deyə nazirlik bildirib.



ATƏT-in Minsk Qrupunun (Stefan Viskonti –Fransa, İqor Popov – Rusiya, Endrü Şofer – ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşikin regiona başlayan səfəri zamanı Ermənistanın təxribat törətməsi diqqət çəkməyə bilməz.



Ermənistanın bu taktikası dəyişməz qalır – danışıqlara başlamaq üçün həmsədrlər regiona səfərlər edən zaman həmişə cəbhədə təxribat maşınını işə salır.



Ermənistan həmsədrlərin səfəri fonunda cəbhədə provakasiya yaratmaqla əslində “danışıqlar bizə lazım deyil” mesajını verir.

Həm də Yerevan aşkar şəkildə bəyan edir ki, əldə olunmuş bütün razılıqları pozur.

Əslində Ermənistan nə lokal, nə də genişmiqyaslı əməliyyatlara hazır deyil, sadəcə özünün guya güclü olması haqqında mif yaratmaq istəyir.



Niyə də olmasın, axı Ermənistan 2016-cı ilin aprel döyüşlərində darmadağın olmuş imicini bərpa etməli və bunu daxili auditoriyaya sırımalıdır.

Bakı isə istər diplomatik, istərsə də hərbi strategiyası ilə Ermənistanı məngənəyə sıxır, onu bütün regional və beynəlxalq layihələrdən təcrid edir.



Ermənistan provakasiyalara dava etdikcə, Bakının da gedişatlarında dəyişiklik olmayacaq dəyişməyəcək və Yerevana qarşı daha da sərt mövqedə duracaq. Bu isə ilk növbədə Ermənistanın özünə ziyandır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024