Mobil versiya
Sürücülər borcu təcili ödəməlidir – Qanun qüvvəyə mindi
Tarix: 02-02-2018 | Saat: 12:17
Bölmə:Manşet / Şou-biznes | çapa göndər

Sürücülər borcu təcili ödəməlidir – Qanun qüvvəyə mindi




Bu gündən etibarən inzibati cəriməsi olan və bu cərimələri ödəməyən sürücülər bəzi problemlərini həll edə bilməyəcəklər. Bu sözləri hüquqşünas, yol-hərəkəti üzrə ekspert Ərşad Hüseynov "Yol hərəkəti haqqında" Qanuna edilən və bu gündən qüvvəyə minən əhəmiyyətli dəyişiklik barədə danışarkən deyib.

Ə.Hüseynovun sözlərinə görə, bu gündən etibarən sürücülük vəsiqəsi alarkən, vəsiqəni dəyişərkən, avtomobili qeydiyyata və təkrar qeydiyyata aldırarkən, texniki baxışdan keçirirkən ödənilməmiş cəriməsi olan sürücülər problem yaşayacaq:

"Qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən inzibati cəriməsi olan və bu cərimələri ödəməyən sürücülərin istəyinə baxılmayacaq, tələbindən imtina ediləcək".

Ekspert təklif edir ki, bu işlərin həlli üçün sürüclər qüvvəyə minmiş cərimələrini ödəməlidirlər.

Ə.Hüseynovun sözlərinə görə, qanunda faktiki heç bir yenilik yoxdur. Sadəcə olaraq bu Qanun 2016-cı il 1 mart tarixindən qüvvəyə minmiş İnzibati Xətalar Məcəlləsinə uyğunlaşdırılır. Axar.az

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024