Mobil versiya
Yol polisi bir ildə 9375 sərxoş sürücü saxlayıb
Tarix: 29-01-2018 | Saat: 14:26
Bölmə:Manşet / Gündəm | çapa göndər

Yol polisi bir ildə 9375 sərxoş sürücü saxlayıb


"2017-ci ildə nəqliyyat vasitəsinin sərxoş halda idarə edən 9375 sərxoş sürücü aşkarlanıb”.

Bu sözləri Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi polis polkovniki Kamran Əliyev deyib.

O bildirib ki, hər sərxoş halda saxlanılan sürücünün sürücülük hüququ məhdudlaşdırılmır.

"Sərxoş olan sürücülərdən bəziləri sadəcə cərimə olunur, bəzilərinin isə sürücülük hüququ məhdudlaşdırılır. Ötən il ərzində 11000 sürücünün sürücülük hüququ müxtəlif müddətdə məhdudlaşdırılıb. Bunların içərisində sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə edənlər də var”.


Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə 400 manat cərimə və ya nəqliyyat vasitələrini idarə etmə hüququnun 6 aydan 1 ilədək müddətə məhdudlaşdırılması nəzərdə tutulur.
Məcəllənin 333.2-ci maddəsinə əsasən isə bu məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla, 400 manatdan 500 manatadək cərimə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla 15 günədək inzibati həbs verilir.

aia/az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024