Mobil versiya
“Aqrarkredit” SKT saxtakar “ekspertlər”in hücumlarına məruz qalıb
Tarix: 25-01-2018 | Saat: 13:41
Bölmə:Manşet / Seçilənlər-3 | çapa göndər

“Aqrarkredit” SKT saxtakar “ekspertlər”in hücumlarına məruz qalıb




Bəzi mətbu orqanlarının səhifələrində Məmməd Musayevə qarşı “qara piar” kampaniyası yenidən intensivləşməkdədir

Ölkədə sahibkarlığın daha da inkişaf etdirilməsi istiqamətində dövlət tərəfindən təsirli tədbirlərin görüldüyü, iri həcmli layihələrin həyata keçirildiyi bir vaxtda bəzi qüvvələrin bu inkişafı mümkün qədər ləngitmək üçün ciddi səy göstərmələri də diqqətləri cəlb edir. Əlbəttə, hökumətin və bilavasitə dövlət başçımızın bu prosesləri birbaşa diqqət mərkəzində saxlaması, sahibkarlığın və xüsusilə də qeyri-neft sektorunun inkişafını prioritet sahə elan etməsi, şəxsi ambisiyalarından çıxış edərək mütərəqqi prosesləri əngəlləmək istəyənlərin imkanlarını xeyli məhdudlaşdırır. Bununla belə, həmin qüvvələr ən azından iqtisadi islatların həyata keçirilməsində bu və ya digər dərəcədə rolu olan istənilən bir qurumu və ya onun rəhbərliyini diskreditə etmək kimi cəhdlərindən hələ də çəkmirlər. Bu baxımdan bəzi mətbu orqanlarının səhifələrində "Aqrarkredit" Səhmdar Kredit Təşkilatının İdarə Heyətinin Sədri, "Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının Sədri, Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin üzvü Məmməd Musayevə qarşı qərəzli yazıların son vaxtlar yenidən intensivləşməsi də diqqəti cəlb edir. Xatırladaq ki, Məmməd Musayev hələ 1976-1984-cü illərdə Dövlət Bankının Azərbaycan Respublikası Kontorunda müxtəlif məsul vəzifələrdə çalışmış, 1984-cü ildən 1992-ci ilədək Dövlət Bankının Qaradağ şöbəsinin, Aqrar Sənaye Bankının Əməliyyat idarəsinin rəisi, 1992-ci ildən Respublika Səhmdar Kommersiya Aqrar Sənaye Bankının İdarə Heyətinin Sədri olmuşdur. Qeyd etmək lazımdır ki, məhz M.Musayevin rəhbərliyi altında Kredit Təşkilatında “kənd təsərrüfatı sahələrinin kreditləşdirilməsinin standart şərtləri və qaydaları” hazırlanmış, hal-hazırda isə, kənd təsərrüfatında sahibkarlıq subyektlərinin kreditləşdirilməsi həyata keçirilir.

1995-ci ildə yenə də Məmməd Musayevin təşəbbüsü ilə Türkiyə Respublikasının ən böyük kənd təsərrüfatı bankı olan "Ziraat" Bankı və Aqrar Sənaye Bankının birgə təsisçiliyi ilə "Azər-Türk Bank" Birgə Səhmdar Kommersiya Bankı yaradılmışdır. Həmçinin Türkiyə Respublikasının ən iri sığorta şirkətlərindən biri olan "Başak" Sığorta Şirkəti ilə birgə "Başak-İnam" Sığorta şirkəti də M.Musayevin təklifi ilə yaradılmışdır.

Etiraf olunmalıdır ki, işlədiyi müddət ərzində Məmməd Musayev regionlarda sosial-iqtisadi inkişafın təmin edilməsi üçün kənd yerlərində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə kreditlərin verilməsi və bununla yeni iş yerlərinin açılması, əhaliyə göstərilən maliyyə-kredit xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması və bu sahədə mövcud olan ən mütərəqqi üsulların tətbiq edilməsi istiqamətində xeyli işlər görmüşdür.

Lakin bütün bu xidmətlər M.Musayevə qarşı “hücumlar”ın təşkilatçıları və xüsusən də icraçıları tərəfindən nədənsə qətiyyən nəzərə alınmır. Əksinə, dərc olunan bəzi yazılarda oxuculara ekspert kimi təqdim olunan, əslində isə, hansı məsləkə belə qulluq etdikləri dəqiq məlum olmayan və heç bir elmi və ya təcrübi nailiyyəti ilə tanınmayan müəyyən şəxslərin əsassız iddialarına istinad edilir. Əlbəttə, bu kimi “qara piar” kampaniyalarının nəticə etibarı ilə heç bir əhəmiyyət kəsb etmədiyi də əslində hər kəsə məlumdur. Bununla belə, düşünürük ki, illərin təcrübəsinə sahib olan, öz elmi potensialı və bilgiləri ilə ölkə iqtisadiyyatının inkişafına xidmət edən kadrlara qarşı belə əsassız hücumların yolverilməz olduğu da bu kimi kampaniyaların təşkilatçılarınındiqqətinə vaxtında çatdırılmalıdır.

Orxan Məmmədov
aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə