Mobil versiya
İtkin alpinistləri tapmaq üçün Türkiyədən mütəxəssislər gəldi
Tarix: 16-01-2018 | Saat: 14:58
Bölmə:Manşet / Gündəm | çapa göndər

İtkin alpinistləri tapmaq üçün Türkiyədən mütəxəssislər gəldi


Quba rayonu ərazisində itkin düşmüş "Gilavar” hava və ekstrim idman klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlunun axtarışlarına Türkiyədən mütəxəssislər cəlb olunub.



Bu barədə Modern.az-a məlumat verən “Gilavar” idman klubunun rəhbəri Ziya Qasımlı bildirib ki, hələlik axtarışlar nəticəsizdir:



“Axtarışlar Xınalıq və Tufandağ istiqamətində aparılır. Hazırda ərazidə hava şəraiti çox pisdir. Axtarışlar aparmaq üçün Türkiyədən xüsusi texnika ilə təchiz olunmuş iki türk mütəxəssis cəlb olunub. Çətin hava şəraitinə baxmayaraq, axtarışlar davam etdirilir”.



2017-ci il dekabrın 23-də "Gilavar" hava və ekstrim idman klubunun 3 üzvü - Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyatzadə Quba rayonundan Tufandağ istiqamətində hərəkət edərkən onlarla əlaqə kəsilib.



Baş Prokurorluğun yaydığı məlumatda bildirilib ki, hadisə ilə əlaqədar xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərindən istifadə sahəsində qanunvericiliyin tələblərinə əməl edilməməsinə, habelə adları qeyd olunan alpinistlərin ixtisası, təcrübəsi, hazırlıqlarının yürüşə imkan verib-verməməsi, meteoşəraitin dağın zirvəsinə qalxmağa əlverişli olub-olmaması, marşrutun seçilməsi və təhlükəsizlik tədbirləri ilə bağlı digər məsələlərə nəzarət edilməsi sahəsində məsul şəxslərin öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməsinə dair şübhələr üçün kifayət qədər əsaslar yarandığından Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Cinayət işi üzrə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024