Mobil versiya
Qənirə Paşayevadan onkoloji xəstəliyi olan jurnalistlə bağlı YENİ XƏBƏR
Tarix: 18-12-2017 | Saat: 17:09
Bölmə:Manşet / Gündəm | çapa göndər

Qənirə Paşayevadan onkoloji xəstəliyi olan jurnalistlə bağlı YENİ XƏBƏR


Onkoloji xəstəlikdən əziyyət çəkən tanınmış mədəniyyət yazarı, jurnalist Ülviyyə Həsənqızı tezliklə əməliyyat olunacaq. Modern.az xəbər verir ki, bu barədə jurnalistin səhhətini diqqətdə saxlayan deputat Qənirə Paşayeva bildirib:
Q.Paşayeva əməliyyatın bu həftənin 3-cü olacağını deyib:

“Bu gün Milli Onkologiya Mərkəzini ziyarət etdik, xəstəxananın baş həkim müavini ilə görüşdük, Ülviyyə Həsənqızının əməliyyatı ilə maraqlandıq. İnşallah, Ülviyyə 3-cü gün əməliyyata girəcək. Ülviyyənin özü ilə də görüşdük və "ona hər şey yaxşı olacaq buna inan" söylədim. Biz az əvvəl yenə telefonla danışdıq və ona "Ülviyyə, yüzlərlə həmkarın, sadə insanlar sənin üçün dua edir, həkimlər sənin sağalman üçün əllərindən gələni edirlər, sən də daxili inamınla, gücünlə biz inanırıq ki xəstəliyə qalib gələcəksən" dedim.
Və inanıram ki belə də olacaq. Ülviyyə güclü qızdır, bu xəstəliyə də qalib gələcək və tam sağalaraq, sevənlərinin yanına, işinə dönəcək, uzun illər yaşayacaq inşaallah. Dualarınızı əksik etməyin”.

Q.Paşayeva problemə diqqət göstərən Milli Onkologiya Mərkəzinin rəhbəri, Cəmil Əliyevə, Ülviyyəyə qayğısını əksik etməyən bütün həkim və tibb işçilərinə təşəkkür edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə