Xəzərin mirvarisi – gözəl Lənkəran
Tarix: 13-12-2017, 14:28 | Saat: 15:47:00
Bölmə:Manşet, Ölkə, Seçilənlər-2 | çapa göndər

Xəzərin mirvarisi – gözəl Lənkəran




Cənub bölgəsinin mərkəzi, doğma Xəzərin sahilində bir inci kimi yerləşən Lənkəran şəhəri hər zaman özünün füsunkar təbiəti, zəhmətkeş və qonaqpərvər insanları ilə diqqəti cəlb edib. Son illərdə isə, digər bölgələrimizlə yanaşı Lənkərana da göstərilən dövlət qayğısı və Lənkəran Şəhər İcra Hakimiyyəti rəhbərliyinin yüksək səviyyədə apardığı təşkilatçılıq və idarəçilik işi sayəsində bütün sahələrdə yeni nailiyyətlər qazanılmış, əhalinin rifah halı daha da yüksəlmişdir. Qeyd etmək lazımdır ki, rayon ictimaiyyətinin böyük əksəriyyətinin rəyinə görə, məhz 2012-ci ildən, idarəetmə sahəsində böyük təcrübəsi olan Taleh Qaraşovun Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmasından sonra rayonun ictimai həyatında əsl canlanma yaranmış, əhalinin fəallığı daha da artmış və dövlət qayğısından ruhlanan hər bir vətəndaşın doğma diyarın tərəqqisinə töhfələr vermək əzmi güclənmişdir.

Qısa arayış:

Taleh Azay oğlu Qaraşov - 20 may 1959-cu ildə Kürdəmir rayonunun Pirəköçə kəndində anadan olmuşdur.1981-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu, 1987-ci ildə Bakı Politologiya və Sosial İdarəetmə İnstitutunu bitirmişdir. İxtisası inşaatçı-mühəndis və politoloqdur.
1981-1982-ci illərdə Kürdəmir rayonundakı 4 saylı "Şirvanmeliosutikinti" trestində mühəndis, 1982-1983-cü illərdə Kürdəmir KP rayon Komitəsində təlimatçı, 1983-1986-cı illərdə Kürdəmir rayon Komsomol Komitəsinin birinci katibi, 1986-1991-ci illərdə Azərbaycan KP Kürdəmir rayon Komitəsində şöbə müdiri, 1991-1996-cı illərdə Kürdəmir rayon İcra Hakimiyyəti başçısının müavini, 1996-2002-ci illərdə Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı, 2002-2006-cı illərdə Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı, 2006-2011-ci illərdə Neftçala rayon İcra Hakimiyyətinin başçısı, 2011-2012-ci illərdə Astara rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 14 aprel 2012-ci il tarixli sərəncamı ilə Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuşdur.

Ölkə Prezidentinin diqqəti Lənkəran sakinlərini sevindirir

Xəzərin mirvarisi – gözəl Lənkəran

Əlbəttə ki, bu gün Lənkəranda müşahidə olunan dinamik inkişafdan danışarkən, ilk növbədə Ölkə Prezidenti cənab İlham Əliyevin bu rayona göstərdiyi xüsusi diqqət və qayğı qeyd olunmalıdır. Elə oktyabr ayının 12-də Lənkəran şəhəri Heydər Əliyev Mərkəzində keçirilmiş və 2017-ci ilin 9 ayının yekunlarına həsr olunmuş Şura yığıncağında çıxış edən Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov da qazanılan uğurların cənab Prezident İlham Əliyevin davamlı diqqəti və qayğısı sayəsində əldə olunduğunu, rayon ərazisində genişmiqyaslı abadlıq və quruculuq işlərinin həyata keçirildiyini, irihəcmli layihələrin vaxtında icra edildiyini və yeni layihələrin icrasına başlanılğını önə çəkib. Hesabat dövrünün ən əlamətdar hadisəsi kimi sentyabrın 2-də cənab Prezident İlham Əliyevin Lənkəran şəhərinə səfərindən bəhs edən Taleh Qaraşov dövlət başçısının yeni obyektlərin açılışında iştirakının və əməkçilərlə iş başında səmimi görüşünün hər bir rayon sakininə böyük sevinc bəxş etdiyini vurğulayıb. Eyni zamanda, sentyabrın 3-də cənab Prezidentin sədrliyi ilə Lənkəranda çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsinin keçirildiyini diqqətə çatdıran İcra başçısı cənab İlham Əliyevin müşavirədə söylədiyi dərin məzmunlu, proqram xarakterli nitqinin lənkəranlılar qarşısında mühüm vəzifələr qoyduğunu bildirib.

Kənd təsərrüfatında məhsul istehsalının həcmi artıb

Xəzərin mirvarisi – gözəl Lənkəran

Məlum olduğu kimi, Lənkəran rayonunun iqtisadiyyatının əsasını kənd təsərrüfatı və emal sənayesi təşkil edir. Lənkəran ənənəvi olaraq, sitrus meyvələrinin, çay və çəltiyin istehsalı ilə məşhurdur. Həmçinin rayonda heyvandarlıq da kifayət qədər inkişaf etmişdir.Lənkəranın iqtisadiyyatında cari ilin 9 ayının yekunları isə, həqiqətən də yüksək göstəricilərlə diqqəti cəlb edir. Belə ki, həmin dövr ərzində rayonda ümumi məhsul buraxılışı 2,1 faiz artaraq 310,5 milyon manat olmuşdur. O cümlədən sənayedə 24,8 milyon manatlıq məhsul istehsal edilmiş, sənayenin qeyri-dövlət sektorunda istehsalın həcmi 19 milyon manat və ümumi həcmdə onun xüsusi çəkisi 76,8 faiz təşkil etmişdir. Xüsusilə kənd təsərrüfatında işlərin daha da sürətlənməsi hesabına məhsul istehsalının həcmi artıb. Yeni çay və sitrus plantasiyaları salınıb, çəltik zəmiləri genişləndirilərək 526,5 hektara çatdırılıb, çəltik emalı zavodu tikilib istifadəyə verilib. Cari ildə 1443 ton çəltik məhsulu tədarük olunub və hal-hazırda yığım davam etdirilir.

Yeni iş yerləri açılır, tikinti və abadlıq işləri sürətlənir

Xəzərin mirvarisi – gözəl Lənkəran

Cari ildə Təngivan kəndində 36 yerlik yeni modul məktəb binası, Moloja kəndində 100 şagird yerlik əlavə tədris korpusu tikilib istifadəyə verilib. Eyni zamanda evləri qəzalı vəziyyətdə olan ailələr üçün rayonun ayrı-ayrı yaşayış mənqətələrində Föfqəladə Hallar Nazirliyi tərəfindən 5 fərdi ev tikilib istifadəyə verilib. Şəhərdə yol-abadlıq işlərinə diqqət artırılmış, Göyşaban yol dairəsindən Heydər Əliyev prospektinə qədər məsafədə 10 min kv.m sahəyə isti asfalt döşənmişdir. Eyni zamanda şəhərdaxili küçələrdə 14,7 min kv.m sahə əsaslı təmir edilərək asfaltlanmışdır. Ötən 9 ayda şəhər 21 çoxmərtəbəli yaşayış binasının dam örtüyü dəyişdirilib, 5 çoxmənzilli yaşayış binasının pilləkən qəfəsləri təmir olunaraq rənglənib. Park və bağlarda 37 min ağac, dekorativ ağac və gül kolları əkilib. Magistral yollar boyunca və küçələrdə 15 min kvm hasar təmir edilib rənglənib və 3 min paqon metr bardür, 3,7 min kv.m tamet döşənib. Həmçinin ötən müddət ərzində Lənkəranda Sahibkarlığa kömək Milli Fondunun xəttilə sahibkarlara və iş adamlarına 352 min manat güzəştli kreditlər verilib. Rayonda ümumilikdə 2858 yeni iş yeri açılıb ki, onlardan da 2134-ü daimi iş yerləridir.

Xəzərin mirvarisi – gözəl Lənkəran

Bu gün Lənkəranda gedən mütərəqqi prosesləri müşahidə etməklə bu qənaətə gəlmək olur ki, nə yerli sakinlər, nə də Lənkəran ŞİH-nin rəhbərliyi artıq əldə olunmuşn nailiyyətlərlə heç də kifayətlənmək niyyətində deyillər. Əminliklə demək olar ki, Ölkə Prezidenti cənab İlham Əliyevin 9 oktyabr 2017-ci il tarixdə keçirilmiş Nazirlər Kabinetinin iclasındakı nitqindən irəli gələn tapşırıqları əldə rəhbər tutaraq,həm rayon rəhbərliyi, həm də lənkəranlılar rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə bundan sonra da bütün imkanları tam səfərbər edəcəklər.

aia.az

Orxan Əkbərov



5129 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
18-01-2018
17-01-2018
«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031