Mobil versiya
ATU-da tələbələr üçün “Brain Mania”klubu yaradıldı
Tarix: 30-11-2017 | Saat: 18:12
Bölmə:Manşet / Təhsil | çapa göndər





Azərbaycan Tibb Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin nəzdində “Brain Mania” müzakirə klubu yaradılıb. Klubun rəhbəri II müalicə-profilaktika fakültəsinin IV kurs tələbəsi Oqtay Hüseynov, müavini isə II müalicə-profilaktika fakültəsinin IV kurs tələbəsi Natiq Quliyev seçilib.

O.Hüseynovun sözlərinə görə, bu müzakirə klubu haqqında təşəbbüs universitet rəhbərliyi tərəfindən dəstəklənib. Klub Rus və Azərbaycan sektorlarında oxuyan tələbələri öz ətrafında birləşdirir: “Bu klub sayəsində tələbələr fərqli və ciddi mövzular ətrafında qarşılıqlı fikir mübadiləsi aparacaqlar. Artıq klubumuzda ilk görüş baş tutub. Rus sektorunun 20-dən çox tələbəsinin iştirak etdiyi görüşə müəllimlərimiz də qatılmışdı. Molekulyar biologiya mövzusuna dair ilk müzakirəmizin nəticələri hamı tərəfindən bəyənildi”.

Qeyd edək ki, həftənin V günləri saat 16:00-da Rus sektorunda təhsil alan tələbələr, IV günləri isə saat 14:00-da isə Azərbaycan sektorunda oxuyan tələbələr arasında diskussiyalar keçirilir.

aia.az


ATU-da tələbələr üçün “Brain Mania”klubu yaradıldı



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-04-2024