Mobil versiya
Azərbaycan Texnologiya Universitetində növbəti “Məzun” yarmarkası keçirilib
Tarix: 24-11-2017 | Saat: 10:38
Bölmə:Manşet / Təhsil | çapa göndər





Azərbaycan Texnologiya Universitetində (ATU) növbəti - V məzun yarmarkası keçirilib. Gəncədəki bütün ali məktəblərin sonuncu kurs tələbələrinin dəvət olunduğu yarmarkaya 48 şirkət və müəssisə tərəfindən 400-dən artıq vakant iş yeri çıxarılıb.

Məzun yarmarkasına gələnləri salamlayan ATU-nun rektoru, professor Akif Süleymanov son dövrdə ali təhsil ocağında mütəxəssis hazırlığının keyfiyyətini yüksəltmək, müasir əmək bazarının tələblərinə uyğun kadrlar yetişdirmək istiqamətində görülən işlər, həyata keçirilən layihələr haqqında məlumat verib. Rektor bildirib ki, bu universitetin ənənəvi olaraq hər il keçirdiyi yarmarkaların 5-cisi və bu il təşkil olunan 2-ci “Məzun” yarmarkasıdır. Belə ki, cari ilin 26 aprel tarixində 2016/2017-ci tədris ilinin “Məzun” yarmarkası keçirilib. İndi isə bu ilki – yəni 2017/2018-ci tədris ilinin iş planına daxil olan növbəti “Məzun” yarmarkası keçirilir. Yarmarkanın bu dəfə hər il olduğu kimi yaz yox, payız semestrində keçrilməsinin səbəbi tədris planında dəyişikliklərin edilməsi ilə bağlıdır. Belə ki, əvvəlki tədris illərində tələbələr üçün istehsalat təcrübəsi üçüncü kursda təşkil olunduğuna görə sonuncu kurslar üçün “Məzun” yarmarkası tədris ilinin yaz semestrinə təsadüf edirdi. 2017/2018-ci tədris ilinin tədris planında isə tələbələrin istehsalat təcrübəsinin dördüncü kursun ikinci semestrində üç ay müddətinə təşkil olunması nəzərdə tutulub. Buna görə də bu ilki “Məzun” yarmarkası daha erkən təşkil edilərək sonuncu kurs tələbələrinizin bu imkandan yararlanması təmin olunub.




“Məzun” yarmarkası bu dəfə də təyinatına uyğun olaraq hər iki tərəf üçün əlverişli imkan yaradıb. Məzunlar və sonuncu kurs tələbələri eyni məkanda onlarla şirkətlə görüşmək, onların təklif etdiyi iş imkanları haqqında daha az zaman itirərək geniş məlumat almaq imkanı əldə edib. Şirkətlər isə gənc kadr potensialı ilə sıx ünsiyyət qurmaq, fəaliyyət sahələrinə uyğun ixtisasların məzunlarını seçmək fürsəti qazanıb. Dəvət olunan şirkətlərin ATU-dakı ixtisaslara uyğun sahələrdə fəaliyyət göstərməsi hər iki tərəfin işini xeyli asanlaşdırıb.




Məzun yarmarkasında ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən 48 müəssisə iştirak edib. Onların arasında müxtəlif dövlət qurumları, bələdiyyələr, məşğulluq mərkəzləri, banklar, hotellər və sənaye müəssiələri üstünlük təşkil edib. Qida, yüngül sənaye, metallurgiya, logistika, İKT və bank-maliyyə sektorunda faliyyət göstərən şirkətlərin təklif etdiyi 400-dən artıq vakant iş yerləri yarmarka iştirakçılarının marağına səbəb olub. Yarmarkada iştirak edən ATU və Gəncədəki digər universitetlərin 700-ə yaxın tələbəsi ixtisaslarına uyğun iş təklifləri ilə maraqlanıb, işəgötürənlər tərəfindən təqdim olunan “CV”ləri doldurub.



Öz məhsulları və xidmətləri ilə bağlı sərgilər təşkil edən şirkətlər işə qəbul olunmaq arzusunda olan məzunlara ətraflı məlumat və məsləhətlər verib, onların suallarını cavablandırıb. İşəgötürənlər məzunlara stajkeçmə və təcrübə imkanları haqqında da məlumat veriblər. Yarmarka çərçivəsində həmçinin iştirakçı şirkətlərlə universitet arasında əməkdaşlığın əlavə imkanları müzakirə olunub. Sonda ATU ilə Goranboy Su-Kanal İdarəsi arasında ekologiya ixtisasə üzrə kadr hazırlığında əməkdaşlıq etməyə dair müqavilə imzalanıb.

aia.az






Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024