Mobil versiya
Prezident NATO-da Qarabağ problemini qaldırdı
Tarix: 23-11-2017 | Saat: 14:54
Bölmə:Manşet / Gündəm | çapa göndər

Prezident NATO-da Qarabağ problemini qaldırdı



"Bizim region üçün ən böyük təhlükə Dağlıq Qarabağ münaqişəsidir. Ərazilərimiz Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Bir milyona yaxın qaçqınımız var"

aia.az xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev Brüsseldə NATO-nun baş katibi Yens Stoltenberqlə birgə keçirdiyi mətbuat konfransında deyib.

Prezident diqqətə çatdırıb ki, Ermənistan tərəfi azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirib.

"Səsləndirdikləri bəyanatlara baxmayaraq, Ermənistan münaqişə bölgəsində status-kvonu saxlamaq niyyətindədir. Lakin hazırki durumda status-kvo qəbuledilməzdir. Ermənistan 25 ildən çoxdur ki, Azərbaycanın işğal olunan torpaqlarının qeyd-şərtsiz azad olunması barədə BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etmir. Münaqişə BMT-nin qətnamələri və Azərbaycanın ərazi bötüvlüyü çərçivəsində öz həllini tapmalıdır" , - deyə prezident vurğulayıb.

Ölkə başçısı qeyd edib ki, Azərbaycan NATO-ilə əlaqələrin inkişaf etdirilməsində maraqlıdır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024