Putin-Ərdoğan-Ruhani görüşündə Qarabağ müzakirə olunmayacaq - MÖVQE
Tarix: 22-11-2017, 11:13 | Saat: 15:47:00
Bölmə:Manşet, Siyasət | çapa göndər

Putin-Ərdoğan-Ruhani görüşündə Qarabağ müzakirə olunmayacaq - MÖVQE



Bu gün Rusiyanın Soçi şəhərində Rusiya, Türkiyə və İran prezidetnləri üçtərəfli toplantı keçirəcəklər. Görüşdə əsasən Suriya böhranı müzakirə olunacaq. Görüşü keçirən hər 3 dövlət həm də Azərbaycanla həmsərhəddir. Maraqlıdır bəs görəsən bu üçlü görüşdə Qarabağ məsələsi də müzakirə olunacaqmı?

Məsələ ilə bağlı Modern.az-a danışan politoloq Elxan Şahinoğlu deyib ki, hər üç dövlətin də bu və ya digər şəkildə Qarabağ münaqişəsinin həllində fəallığı var.

“Amma çox təəssüf ki , bu görüş sırf Suriya məsələsinə aid olacaq. Çünki münaqişənin həllində Rusiyanın aktivliyi müşahidə edilmir. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bölgəyə son səfəri də göstərir. Rusiya Ermənistanı sülhə məcbur etmək istəmir. Bir neçə gün öncə Rusiya prezidenti Vladimir Putinlə görüşən Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğan dedi ki, Putin münaqişənin həlli ilə bağlı o qədər də ümidli deyil. Bu da ondan xəbər verir ki, Rusiya hazırda Suriya məsələsinin həlli ilə məşğuldur”.
E.Şahinoğlu bildirib ki, Türkiyə və İran prezidentləri görüşdə Qarabağ məsələsini gündəmə gətirməyəcək.

“Amma ayrılıqda Türkiyənin və İranın Qarabağ münaqişəsinin həllinə dair müəyyən təşəbbüsləri var. Sadəcə bu təşəbbüslər həyata vəsiqə qazanmır. Əsas məsələ odur ki, Ermənistanı məcburi sülhə istiqamətləndirmək lazımdır, Dağlıq Qarabağ ətrafındakı rayonlar boşaldılmalıdır. Bu məsələlərlə əsasən Rusiya məşğul olur. Rusiyanın isə münaqişənin həllində marağı yoxdur. Gələcəkdə Suriya məsələsi həll olandan sonra bu üçlü ittifaq ləğv olunmazsa, bəlkə də Qarabağ məsələsi üçün də görüş keçirərlər. Amma bunun yaxın zamanlarda olacağını demək düzgün olmaz”.

aia.az



5177 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
17-10-2018
16-10-2018
«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031