Mobil versiya
“İT İLİ” gəlir - Xəyanətkarlar bağışlanmayacaq, cinayətlər çoxalacaq...
Tarix: 17-11-2017 | Saat: 11:18
Bölmə:Manşet / Ölkə | çapa göndər

“İT İLİ” gəlir - Xəyanətkarlar bağışlanmayacaq, cinayətlər çoxalacaq...



Şərq qoroskopuna əsasən, 2018-ci il "İt ili" hesab olunur. Bu il altında doğulanlar dostluqda möhkəm, vəfalı və iradəli olurlar.
Astroloq Firudin Qurbansoy Modern.az-a açıqlamasında bildirib ki, "İt ili"ndə xəyanətkarlar bağışlanmayacaq.

""İt ili"nin əsas xüsusiyyətlərindən biri də odur ki, bu ildə dünyaya gələnlər heç nəyi boş buraxmır, bir işi başladılarsa, mütləq sonuna kimi gedirlər. Yəni bu ildə həddindən artıq çoxlu sadiq insanlar dünyaya gəlir, xəyanətkarlar cəzalanır. Əsasən ailə-məişət mövzusunda çoxlu xoşagəlməz hadisələr baş verir və bu istiqamətdə cinayətlər çoxalır. Bizim məmləkətdə də ən çox qabarıq nəzərə çarpan ailə-məişət cinayətləridir ki, bunlar "it ili"ndə daha çox olur”.

F. Qurbansoyun sözlərinə görə, "it ili"ndə yüksək iqtisadi artım dünyada olduğu kimi, Azərbaycanda da gözlənilmir.
"Bu il özünün məhsuldarlığı ilə fərqlənmir, əksinə "qaraçı psixologiyası” daha güclü olur. "Qaraçı psixologiyası” başqasından nə isə aldatmaq yolu ilə almaq, qoparmaq deməkdir. Bu ildə kimsə desə ki, iqtisadi yüksəlişə nail olduq, bu, heç vaxt mümkün deyil”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024