Mobil versiya
“Deyirlər, biri özünü öldürdü, biri isə istefa verdi” - Novruz Məmmədov
Tarix: 08-11-2017 | Saat: 16:56
Bölmə:Manşet / Siyasət | çapa göndər

“Deyirlər, biri özünü öldürdü, biri isə istefa verdi” - Novruz Məmmədov


"Beynəlxalq aləmdə yeni geosiyasi aktorlarla bağlı mövqeyimi bildirmişəm. Bir daha təkrar etmək istəyirəm ki, artıq "CNN”, "BBC”, "New York Times”, "Washington Post” və bu kimi digər nüfuzlu KİV-lər, C.Soros kimi şəxslər də geosiyasi aktorlardır”.

aia.az-ın məlumatına görə, bunu Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Novruz Məmmədov özünün "Facebook" səhifəsində yazıb.

"Geosiyasi aktorlar siyahısına "Hollywood”u da əlavə etmək istəyirəm. Burada baş verən proseslər maraqlı suallar doğurur. Hüquqlarının qorunduğu demokratik ölkələrdə meqaulduzlar nə üçün bu ittihamları ötən 20-30 il ərzində səsləndirməyiblər? Nə tez bu proses belə siyasiləşdi?

Deyirlər, biri özünü öldürdü, biri isə istefa verdi. Bəzi ölkələrdə bu məsələdən siyasi məqsədlərə çatmaq üçün istifadə cəhdləri müşahidə olunur” - N. Məmmədov qeyd edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024