Mobil versiya
ADAU – ərzaq təhlükəsizliyinin təminatıistiqamətində mühüm addımlar atılır
Tarix: 03-11-2017 | Saat: 14:00
Bölmə:Manşet / Təhsil / Seçilənlər-2 | çapa göndər







Məlum olduğu kimi, bu gün ərzaq təhlükəsizliyinin təmin olunması məqsədilə ölkəmizdə aqrar sektorun daha da inkişaf etdirilməsi məsələsi strateji əhəmiyyət kəsb edən, prioritet istiqamətlərdən biri kimi dövlətimizin diqqət mərkəzində saxlanılır. Aydındır ki, istənilən bir sahənin inkişafı həm də bu sahə üzrə yüksək ixtisaslı kadrların yetişdirilməsini nəzərdə tutur. Ölkəmizdə kənd təsərrüfatı üzrə ali təhsilli mütəxəssislərin hazırlanmasında isə, əlbəttə ki, Azərbaycan Dövlət Aqrar Universitetinin aparıcı rolu danılmazdır.




Qısa arayış:
Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) — aqrar sektor üçün yüksək ixtisaslı kənd təsərrüfatı mütəxəssisləri hazırlayan Azərbaycan dövlət ali təhsil müəssisəsdir.1920-ci ildə Azərbaycan Politexnik İnstitutunun nəzdində yaradılan kənd təsərrüfatı fakültəsi müstəqil Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun əsası olub. Azərbaycan SSR Xalq Komissarları Sovetinin 15 may 1929-cu il tarixli qərarı ilə yaradılmış Kənd Təsərrüfatı İnstitutu 1931-ci ildə Gəncə şəhərinə köçürülmüşdür.17 iyun 1991-ci il tarixində institut Akademiya statusu almışdır.Bu gün universitetin zəngin maddi-texniki bazası, muzeyi, əsaslı kitabxanası, redaksiya-nəşriyyat şöbəsi, mətbəəsi, müasir avadanlıqlarla təchiz edilmiş laboratoriyaları, təmir emalatxanası, tədris-təcrübə tarlası və s. vardır. Universitetin aqronomluq, aqrotexnologiya, zoobaytarlıq və əmtəəşünaslıq, informasiya texnologiyaları, aqromühəndislik və energetika, iqtisadiyyat fakültələrindəiyirmidən artıq ixtisas üzrə mütəxəssis hazırlığı aparılır.





Təbii ki, ADAU-nun sadəcə aqrar sahə üzrə ali təhsilli mütəxəssislər hazırlamaqla məşğul olduğunu düşünmək düzgün olmazdı. Belə ki, kənd təsərrüfatının inkişafına elmi əsaslarla yanaşmanın təmin olunması, müasir innovasiya və texnologiyaların tətbiqi və digər bu kimi vacib məsələlərin həllində də universitetin üzərinə kifayət qədər böyük vəzifələr düşür. Bütün bu işlərin öhdəsindən lazım olan səviyyədə gələ bilmək üçün isə, ilk növbədə universitetin özünün möhkəm maddi-texniki bazası, sağlam və yaradıcı kollektivi formalaşmalı və təbii ki, bu kollektivin də normal iş şəraiti təmin olunmalıdır. Elə son üç ildə universitetin inkişafı məqsədilə dövlət tərəfindən ayrılan maliyyə vəsaitləri hesabına genişmiqyaslı işlər həyata keçirilib. Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 25 iyul 2013-cü il tarixli Sərəncamı ilə Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru vəzifəsinə İbrahim Cəfərov təyin edilmişdir. Müxtəlif mənbələrdən əldə etdiyimiz məlumatlara görə də, ADAU-nun daha dinamik inkişaf mərhələsi məhz bu təyinatdan sonrakı dövrə təsadüf edir. Universitetin fəaliyyətilə ilə yaxından tanış olan, bu ali təhsil müəssisəsində müxtəlif vəzifələrdə çalışan və ya təhsil alan respondetlərimiz də təsdiq edirlər ki, bu gün ADAU-da tələbələrin müasir standartlara uyğun təhsil almaları, seçdikləri ixtisaslar üzrə əsil peşəkarlara çevrilmələri üçün bütün şərait yaradılıb.Bu isə, əlbəttə ki, təhsil müəssisəsinin üzərinə düşən vəzifələrin səmərəli icrası deməkdir. Qeyd olunmalıdır ki, hazırda ADAU-nunzəngin maddi-texniki bazası ölkəmizdə fəaliyyət göstərən bir çox digər ali təhsil müəssisələrində olduğundan xeli üstündür. Son illərdə görülən işlərdən isə, tədris korpuslarının müasir standartlara uyğun təmiri, yeni tədris laboratoriyalarının quraşdırılması, “Tələbə evi” kimi tanınan 520 yerlik tələbə yataqxanasınınyüksək zövqlə inşa edilib istifadəyə verilməsi xüsusilə diqqəti cəlb edir.



Təəssüflər olsun ki, son vaxtlar bəzi internet saytlarının səhifələrində ADAU-nun rəhbərliyinə qarşı yönəldilmiş, universitetin uğur və nailiyyətlərini, bu qabaqcıl ali təhsil müəssisəsində baş verən mütərəqqi prosesləri və gedən dinamik inkişafı görməzdən gələn, qərəzli və yalan məlumtlara əsaslanan yazılar dərc olunur. Hətta bu məsələ bəzən elə bir absurd hala çatdırılır ki, universitet rəhbərliyinin elementar təhlükəsizlik tələblərinin təmin olunması məqsədilə qəbul etdiyi müəyyən qərarlar belə, həmin yazılarda oxucuya “şəxsi ambisiyaların ifadəsi” kimi təqdim edilir. Əlbəttə ki, məsələyə “yalan ayaq tutar, amma yeriməz” fəlsəfəsi mövqeyindən yaxınlaşsaq, bu yazıların əslində heç bir əhəmiyyət kəsb etmədiyini də aydın görə bilərik. Sadəcə olaraq, bu kimi çıxışların ilk növbədə universitetin həm tələbələrinin, həm də professor-müəllim heyətinin əhval-ruhiyyələrinə, onların mənəvi durumlarına keçici də olsa, hər halda mənfi təsir göstərə biləcəyi ehtimalını nəzərə almaq lazımdır. Məhz bu baxımdan, belə yazıları təkcə konkret bir müəssisənin rəhbərliyinə qarşı deyil, bütöv bir sahənin inkişafının əksinə yönəldilmiş təxribat cəhdləri kimi dəyərləndirmək lazımdır.



Lakin biz tam əminliklə deyə bilərik ki, zəngin tarixi ənənələrə malik olan Azərbaycan Dövlət Aqrar Universitetinin kollektivi hər zaman olduğu kimi, bundan sonra da qarşıda duran vəzifələrin icrasını böyük ruh yüksəkliyi ilə həyata keçirəcəck və bu yolda əldə etdiyi uğur və nailiyyətlərini daima artıracaq.

aia.az
Bəhram YAQUBOV



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024