Ağcabədi reallıqları – inkişafın sonu olmaz
Tarix: 31-10-2017, 12:36 | Saat: 15:47:00
Bölmə:Manşet / Seçilənlər-2 | çapa göndər

Ağcabədi reallıqları – inkişafın sonu olmaz



Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında son illər həyata keçirilən iqtisadi islahatlar regionlarımızda da sürətli inkişafa zəmin yaratmışdır. Əlbəttə ki, dövlətimiz tərəfindən yaradılan bu şəraitdən, açılan imkanlardan maksimum düzgün yararlanıb rayon və bölgələrimizdə davamlı inkişafa, əhalinin həyat səviyyəsinin yüksəldilməsinə nail olmaq üçün artıq yerli hakimiyyət orqanlarının da məqsədyönlü və səmərəli fəaliyyət göstərmələri əsas amillərdən biri kimi çıxış edir. Bu baxımdan Ağcabədi Rayon İcra Hakimiyyəti rəhbərliyinin fəaliyyəti də yerli ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir.

Dövlət proqramları uğurla həyata keçirilir

Ağcabədi reallıqları – inkişafın sonu olmaz


Xüsusən dövlət başçısı tərəfindən son illər ərzində imzalanmış regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının reallaşdırılması istiqamətində bu gün Ağcabədidə qızğın iş gedir. Ölkəmizin müasir tarixi üçün mühüm əhəmiyyət kəsb edən bu sənədlərdə irəli sürülmüş vəzifələrin icrası üçün rayon rəhbərliyi sözün əsil məmasında yerli sakinlərlə birlikdə bütün resurs və potensialların səfərbər olunmasını yüksək səviyyədə təmin etmişdir. Bunun nəticəsində də rayonun iqtisadiyyatının və mədəni həyatının daha da çiçəklənməsi üçün münbit şərait yaranmışdır. Bu gün Ağcabədinin aqrar-sənaye kompleksinin sürətli inkişafı, dinamik şəkildə həyata keçirilən genişmiqyaslı quruculuq-abadlıq işləri, sosial proqramların ardıcıl olaraq həyata keçirilməsi, insanların getdikcə daha firavan yaşaması artıq qarşısıalınmaz bir tendensiya halını almaqdadır. Bunu da qeyd edək ki, rayon ictimaiyyətinin böyük əksəriyyətinin rəyinə görə, məhz Şahin Məmmədovun Ağcabədi RİH-nə başçı təyin olunmasından sonra bölgədə regionların inkişafına dair dövlət proqramlarının icrasında daha yüksək dinamika müşahidə olunmağa başlanıb.

Qısa arayış:

Şahin Kərim oğlu Məmmədov 1959-cü ildə Bərdə şəhərində anadan olub. 1965-1975-ci illərdə Bərdə şəhər 3 saylı orta məktəbdə oxuyub. Əmək fəaliyyətinə 1975-ci ildən başlayıb, 1977-1979-cu illərdə həqiqi hərbi xidmətdə olub. 1975-1983-cü illərdə «Azelektromontaj» idarəsi və Bərdə Elektrik şəbəkəsində müxtəlif vəzifələrdə işləyib. 1985-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Uçot-iqtisad fakültəsini bitirib. Şahin Məmmədov 1983-1992-ci illərdə Azərbaycan LKGİ Bərdə rayon komitəsində azad komsomol təşkilat katibi, təlimatçı, ikinci katib, 1992-1993-cü illərdə Maliyyə Nazirliyinin «Azəraudit» mərkəzinin Bərdə rayon şöbəsinin rəisi, 1993-1995- ci illərdə Bərdə rayon İcra Hakimiyyəti başcısının sosial - iqtisadi inkşaf məsələləri üzrə müavini, şöbə müdiri, 1996-2000-ci illərdə Bərdə rayon 026 saylı Əmanət Bank şöbəsinin müdiri, 2000-2004-cü illərdə Birləşmiş Universal Səhmdar Bankının Bərdə rayon filialının müdiri vəzifəsində çalışıb. 2004-cü ildə Samux rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. Ölkə Prezidentinin 26 dekabr 2005-ci il tarixli sərəncamı ilə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.


Ağcabədi reallıqları – inkişafın sonu olmaz

İqtisadi göstəricilər yüksələn xətt üzrə inkişaf edir

Məlum olduğu kimi, Ağcabədi rayonunun iqtisadiyyatının əsasını kənd təsərrüfatı, yüngül və yeyinti sənayesi təşkil edir. Ağcabədi Azərbaycanın əsas pambıqçılıq rayonlarındandır. Həmçinin rayonda taxılçılıq, üzümçülük, heyvandarlıq və baramaçılıq da kifayət qədər inkişaf etmişdir. Təbii ki, hər hansı bir sahədə inkişafdan danışarkən, ilk növbədə həmin sahədə iqtisadi göstəricilərin konkret rəqəmlərdə necə ifadə olunduğu diqqət mərkəzinə gətirilir. Bu baxımdan oktyabr ayının 13-də Şahin Məmmədovun sədrliyi ilə “Ağcabədi rayonunun 2017-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə” mövzusunda keçirilmiş geniş Şura iclasında təqdim olunan rəqəmlər də böyük maraq doğurur.Belə ki, RİH başçısının hesabat-məruzəsində təqdim olunan faktlara görə 2017-ci ilin doqquz ayı ərzində rayonda iqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışının həcmi 333.651,9 min manat olmuşdur ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 1,5 dəfə artm deməkdir. O cümlədən, sənaye üzrə məhsul istehsalı 21.434,2 min manat (artım 2,1 dəfə) və kənd təsərrüfatı üzrə məhsul istehsalı 160.362,4 min manat (artım 28,6%) olmuşdur. Həmçinin hesabat dövrü ərzində rayonda əsas kapitala yönəldilmiş investisiyanın məbləği 83.149,3 min manat olmuşdur ki, bu da 2016-cı ilin müvafiq dövrünə nisbətən 3,7 dəfə artım deməkdir.

Ağcabədidə əsil “tikinti bumu” yaşanır


Ağcabədi reallıqları – inkişafın sonu olmaz

Xüsusilə diqqəti cəlb edən məqamlardan biri də budur ki, bu il rayonda aparılan abadlıq-quruculuq işləri daha da sürətlənmiş, yeni iş yerləri açılmış, vətəndaşların sahibkarlıq fəaliyyəti xeyli genişlənmişdir.Ən çox canlanma müşahidə olunan sahələrdən biri isə, inşaat sektoru olmuşdur. Belə ki, məhz hesabat dövrü ərzində Azərbaycan Respublikası Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentliyin sifarişi iləYuxarı Qiyaməddinli kəndi Alı Mustafayev adına 240 şagird yerlik tam orta məktəbin əsaslı təmiri və 380 şagird yerlik yeni binanın tikintisi, Hacılar kəndində Elşən Rüstəmov adına 200 şagird yerlik tam orta məktəbin əsaslı təmiri, Aran kənd 35 yerlik 1 saylı Körpələr evi-uşaq bağçası və Ağcabədi Elektrik Şəbəkəsinin inzibati binasının tikintisi başa çatdırılaraq istifadəyə verilmişdir.
Eyni zamanda, Ağcabədi şəhəri Səməd Vurğun küçəsində üçmərtəbəli Ağcabədi Olimpiya İdman Kompleksinin, eləcə də Atçılıq Kompleksinin tikinti işləri hazırda davam etdirilir. Bundan başqa “Azərsu” ASC-nin sifarişi ilə Ağcabədi şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması işləri və Bəhrəmtəpə-Mingəçevir avtomobil yolunun yenidən qurulması ilə əlaqədar bu yolun rayonunun ərazisindən keçən hissəsində təmir işləri də sürətlə davam etdirilir.

Pambıqçılıq xüsusi diqqət mərkəzində

Ağcabədi reallıqları – inkişafın sonu olmaz


Artıq qeyd etdiyimiz kimi, “ağ qızıl” istehsalı Ağcabədinin iqtisadiyyatının əsasını təşkil edən sahələrdən biridir. Dövlət başçısı tərəfindən pambıqçılığın inkişafını nəzərdə tutan müvafiq sərəncam və digər sənədlərin imzalanmasından sonra isə, Ağcabədidə də bu sahəyə olan maraq daha da artdı. Bu xüsusda məlumatlarda deyilir ki,bu il rayonda pambıqçılıqla məşğul olmaq istəyənlərin sayının artması nəticəsində 9550 ha sahədə pambıq əkilmiş, bu da 2016-cı ilə nisbətən 2,6 dəfə artım deməkdir. Bu il rayon ərazisində “MKT” Ağcabədi filialı tərəfindən 705 istehsalçı ilə 4710 ha sahə üçün, “CTS Aqro” MMC pambıq emalı zavodları tərəfindən 430 fermerlə 4161 ha sahə üçün və fərdi MMC-lər tərəfindən isə, 132 nəfər istehsalçı ilə 679 ha sahə üçün müqavilə bağlanaraq pambıq əkilmişdir. Oktyabr ayının ortalarına rayon üzrə 2575,77 hektar sahədən 7105,187 ton pambıq tədarük olunmuş, hər hektardan məhsuldarlıq 27,6 sentner olmuşdur.

Gələcək planların hədəfində daha böyük uğurlardır


Ağcabədi reallıqları – inkişafın sonu olmaz

Bu gün Ağcabədidə müşahidə olunan inkişaf dinamikası onu deməyə əsas verir ki, bu rayonun nə əhalisi, nə də rəhbərliyi artıq əldə olunmuşn nailiyyətlərlə heç də kifayətlənmək niyyətində deyil. Həqiqətən də, resurs və potensialların, ən əsası da arzu və istəklərin tükənmədiyi yerdə inkişafın da sonu olmaz. Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov da 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasda etdiyi çıxışında gələcək planlar və rayonun inkişaf perspektivləri barədə konkret fikirlər səsləndirmişdir. Qeyd olunmuşdur ki, rayon rəhbərliyi Ölkə Prezidenti cənab İlham Əliyevin 9 oktyabr 2017-ci il tarixdə keçirilmiş Nazirlər Kabinetinin iclasındakı nitqindən irəli gələn tapşırıqları əldə rəhbər tutaraq, rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsini, təhsil, səhiyyə, mədəniyyət sahələrinin inkişaf etdirilməsini, sahibkarlığın inkişafını, əhalinin içməli su, enerji və təbii qazla təminatının yaxşılaşdırılmasını, kənd təsərrüfatı məhsulları istehsalının artırılmasını təmin etmək məqsədilə bundan sonra da bütün imkanları tam səfərbər edəcək və bütün ağcabədililər də yeni uğurlara imza atmaqla ölkənin ümumi inkişafına öz tövhələrini verəcəklər.

Sərxan Muradov
aia.azшаблоны для dle 11.2



5877 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə

17-01-2019
16-01-2019
«    Yanvar 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
{sape_links}{sape_article}