Mobil versiya
DSMF-nin Xətai şöbəsində əhaliyə xətasız xidmət göstərilir
Tarix: 05-10-2017 | Saat: 12:14
Bölmə:Manşet | çapa göndər

DSMF-nin Xətai şöbəsində əhaliyə xətasız xidmət göstərilir



Danılmaz bir həqiqətdir ki, bu gün Azərbaycanın ümumi inkişafı fonunda əhalinin sosial müdafiə amili ön planda dayanmaqla, bu sahədə bütün proqramların icrası, sosial cəhətdən həssas əhali qruplarının etibarlı sosial təminat sistemi ilə əhatə olunması, bu sistemin səmərəliliyinin artırılmasına və uzunmüddətli dayanıqlığına yönələn məqsədyönlü islahatların reallaşdırılması təmin edilir.

Təbii ki, sadə vətəndaşlar sosial müdafiə sahəsində həyata keçirilən əsaslı dövlət islahatlarının səmərəliliyi barədə ilkin təəssüratları bilavasitə təmasda olduqları qurumların fəaliyyətində müşahidə olunan dəyişikliklərdən alırlar. Fikrimizi daha dəqiq ifadə etsək deyə bilərik ki, məhz yerlərdə fəaliyyət göstərən DSMF şöbələrində vətəndaşlara sərgilənən münasibət, insanlarda bu sahədə gedən proseslərə dair ilkin rəyin formalaşmasında xüsusi önəm kəsb edir.

Bu baxımdan redaksiyamıza daxil olan məlumatlarda Bakının Xətai rayonunda əhaliyə xidmət göstərən DSMF şöbəsinin fəaliyyəti barədə kifayət qədər müsbət rəylərə rast gəlmək olur. Məlumatlarda bildirilir ki, bu şöbənin əməkdaşları artıq uzun müddətdir ki, davamlı olaraq dövlətimizin etimadını və bura müraciət edən sakinlərin gözləntilərini doğrultmaqda davam edirlər. Redaksiyamıza müraciət edən bəzi oxucularımız isə bildirirlər ki, bəzən mətbuatda DSMF-nin Xətai rayon şöbəsinin fəaliyyəti barədə əsassız, cəfəng fikirlərlə dolu yazılar dərc edilir. Bu isə, insanları narahat edir. Belə təəssürat yaranır ki, kimlərsə ölkəmizin sosial sahəsində gedən mütərəqqi proseslərə qısqanclıqla yanaşaraq, onları əngəlləməyə çalışırlar. Əlbəttə ki, bütün bunlar nəticəsiz qalacaq işlərdir. Konkret olaraq DSMF-nin Xətai rayon şöbəsinin fəaliyyətinə gəlincə isə, aldığımız məlumatlarda vurğulanır ki, bu şöbənin əməkdaşları vətəndaşların sosial müdafiəsinin yaxşılaşdırılması yönümündə öz üzərilərinə düşən vəzifələrin öhdəsindən ləyaqətlə və peşəkarcasına gələ bilirlər. Xüsusilə də şöbənin xidmət göstərdiyi pensiyaçılar və digər güzəşt imtiyazlı vətəndaşlar onlara göstərilən diqqətdən razı olduqlarını bildirirlər.

Şübhə etmirik ki, DSMF-nin Xətai rayon şöbəsinin əməkdaşları bundan sonra da dövlətimizin sosial siyasətinin bu rayonda uğurla həyata keçirilməsi baxımından öz üzərlərinə düşən vəzifələrin icrasını ləyaqətlə təmin edəcəklər.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024