Mobil versiya
Daha 5 idmançımız cəzalandırıldı - Dopinqə görə
Tarix: 31-10-2018 | Saat: 09:34
Bölmə:Karusel / İdman | çapa göndər

Daha 5 idmançımız cəzalandırıldı - Dopinqə görə


Azərbaycanın daha 5 idmançısına dopinqdən istifadəyə görə sanksiya tətbiq edilib.



Bu barədə Azərbaycan Milli Antidopinq Agentliyindən (AMADA) Modern.az-a verilən məlumatda bildirilir. Həmin taekvondoçuların Cavid Hüseynov, Samir Məhərrəmov, Şəms İsayeva, Nərgiz Mirzəyeva və Ofeliya Allahverdiyeva olduqları açıqlanıb. Onların hamısı 12 ay müddətinə diskvalifikasiya olunub. İdmançılardan alınmış nümunələrdə qadağan edilmiş maddə və ya onun metabolit yaxud markerlərinin mövcudluğu təsbit olunub.



Orqanizmlərində furosemid maddəsi aşkarlanan bütün taekvondoçuların cəzaları 19 mart 2018-ci ildən qüvvəyə minib.



Qeyd edək ki, daha əvvəl Azərbaycanın 25 idmançısı dopinq-testdən keçə bilmədiyi üçün AMADA tərəfindən cəzalandırılıb.



aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-03-2024