Mobil versiya
Aşuradır, amma “İmamzadə” məscidində basabas yoxdur - AÇIQLAMA
Tarix: 20-09-2018 | Saat: 09:56
Bölmə:Karusel / Ölkə | çapa göndər

Aşuradır, amma “İmamzadə” məscidində basabas yoxdur - AÇIQLAMA


Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) verdiyi fətvaya görə, bu gün ölkə ərazisində Aşura günü qeyd olunur.



Modern.az saytı Aşura tədbirləri ilə bağlı ölkənin ən iri məscidlərindən olan Gəncədəki “İmamzadə” məscidi ilə əlaqə saxlayıb.



“İmamzadə” ziyarətgahının axundu, hacı Tahir Abbaszadə saytımıza açıqlamasında məsciddə insanların təhlükəsizliyinin tam olaraq təmin edildiyini bildirib.



“Aşura ilə bağlı dünəndən başlayan tədbirlər davam edir. Giriş-çıxış qapılarımızda müqəddəs ziyarətgahlarımızda qurulduğu kimi, polislər tərəfindən məntəqələr yaradılıb. Ona görə də məscidə daxil olan hər kəsin təhlükəsizliyi təmin edilir. Bu məntəqələr ona görə yaradılıb ki, hər hansı təxribatçı qrup bura daxil ola bilməsin. Təhlükəsizliyin bu cür aparılması Gəncə sakinlərinin də ürəyincədir. Ötən illərdən fərqli olaraq bu il “İmamzadə” məscidində basabas yoxdur. Məscidin İmam Hüseyn meydanında gecə burada qalan insanlar üçün çadırlar qurulub. İnsanlar qanvermə aksiyasında həvəslə iştirak edirlər”.



Tahir Abbaszadə dindarların da polisə yardımçı olduqlarını deyib.



“Polisin Aşura mərasiminin keçirilməsinə heç bir müdaxiləsi yoxdur. Sadəcə olaraq polislər kənardan insanların təhlükəsizliyini yüksək səviyyədə qoruyur. Artıq dindarlar arasında da yardımçı qüvvələr olaraq “İmam Hüseyn xidmətçisi” adında böyük qurum yaranıb. Bu qurum polislərə yardım edir. Dindar qardaş və bacılarımız könüllü şəkildə “İmamzadə”nin həyətində, giriş-çıxış qapılarında maarifləndirmə işi aparırlar”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024