Mobil versiya
İranda bu qızı zorlayıb, edam etmək istəyirlər - DƏHŞƏT
Tarix: 12-06-2018 | Saat: 15:14
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

İranda bu qızı zorlayıb, edam etmək istəyirlər - DƏHŞƏT


Sosial şəbəkələrdə İran vətəndaşı olan bir xanımla bağlı tükürpədici məlumat yayılıb.

Modern.az xəbər verir ki, iranlı sosial şəbəkə istifadəçilərinin paylaşdığı məlumatda bilıdirilir ki, Zəhra Haşimi ad-soyadlı xanımı zorlayıb, sonra edəm edəcəklər.

“İran qanunlarına görə, bakirə qızların edamı qadağandır, buna görə də ölümə məhkum olunmuş bakirə qızları edamdan öncə zorlayırlar”.

Edamın səbəbinə gəldikdə, xəbərdə bildirilib ki, Zəhra Haşimi zorlanmaya qarşı dirənib və zorlayana ciddi xəsarət yetirib, onu öldürüb.

“Qız onu zorlamaq istəyənə müqavimət göstərərək ciddi xəsarət yetirib və nəticədə təcavüzçü ölüb. İran məhkəməsi də qıza ölüm hökmü kəsib. Zorlayan və ölən şəxs də İranın Milli Təhlükəsizlik Nazirliyinin (ETTELAAT) keçmiş əməkdaşıdır. Zəhranın ailəsi edam vaxtını bir həftə daha təxirə salmaqa müvəffəq olub. Zəhranın ailəsi dünya ictimaiyyətindən yardım istəyir!”,-deyə məlumatda vurğulanır.

Sosial şəbəkələrdə yayılan xəbərin nə dərəcədə həqiqəti əks etdirdiyi tam məlum deyil.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024