Mobil versiya
GDU-da uğurlu təyinat
Tarix: 22-10-2016 | Saat: 10:22
Bölmə:Karusel | çapa göndər





Bu ilin iyun ayında professor Muğan Quliyevin Gəncə Dövlət Universitetində Fizika və Texniki fənlər fakültəsinin dekanı vəzifəsinə təyin olunması xəbəri bu ali təhsil müəssisəsinin tərəqqipərvər kollektiv üzvlərinin, həm də yeniliksevər tələbə kontingentinin ürəyincə oldu. Hazırda universitetdə işləyən və bu fakültənin məzunları olan fizika elmləri doktoru Zirəddin Həsənov, dosentlər Elxan İsmayılov, Yəhya Namazov, Vaqif Rüstəmov və başqaları pr-r Muğan Quliyev barədə yüksək fikirdədirlər və bu qənaətdədirlər ki, onun rəhbərliyi altında fakültənin uğurlarının sayı daha da artacaq.

Quliyev Muğan Salman oğlu 1965-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 1983-85-ci ildə Hərbi xidmətdə olub. 1982-ci ildə H. Zərdabi adına KDPİ-yə daxil olmuşdur. 1989-cu ildə fizika-riyaziyyat ixtisasını bitirmişdir. 1990-cı ildə H.Zərdabi adına KDPİ-nin Ümumi Texniki fənlər kafedrasına baş laborant vəzifəsinə təyin edilmişdir.
1990-cı ildən A.M.E.A-nın Mexanika-Riyaziyyat İnstitunun dissertantı olmuşdur. 1993-cü ildə müdafiyə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almışdır.
1994-cü ildə müsabiqə yolu ilə Ümumi Texniki fənlər kafedrasına müəllim seçilmişdir. Eyni zamanda 1994-cü ildə “Mühəndis-pedaqoji” fakültəsinin dekan müavini vəzifəsinə təyin edilmişdir.
1994-cü ildən 2006-cı ilə qədər Mühəndis pedoqoji fakültəsində dekan müavini 2006-cı ildən 2010-cu ilə qədər Fizika və texniki fənlər fakültəsinin dekan vəzifəsində işləmişdir.
20.06.2011-ci ildən Universitetin Magistratura şöbəsinə rəhbərlik etmişdir.
2012-ci ilin mart ayından 2013-cü ilin mart ayına kimi Gəncə Dövlət Universitetinin tərbiyə işləri üzrə prorektoru vəzifəsində çalışmışdır.
2014 – cü ildə doktorluq müdəfiəsini etmiş və riyaziyyat üzrə Elmlər doktoru alimlik dərəcəsini almışdır.
2016 – cı il iyun ayından Fizika və Texniki fənlər fakültəsinin dekanı vəzifəsinə seçilmişdir.
2006-cı ildən A.M.E.A-da doktorluq işi üzərində elmi tədqiqat işi aparıb.
Ailəlidir 3 övladı var.

Fizika və texniki fənlər fakültəsi 1990-cı ildə yaradılmışdır. Fakültədə 4 ixtisas kafedrası fəaliyyət göstərir - Fizika, Ümumi fizika, Ümumi texniki fənlər və texnologiya, Təsviri incəsənət.
Fizika və texniki fənlər fakültəsinin müasir tələblərə cavab verən televiziya tədris studiyası vardır. Burada tədrisə aid hər gün müəllim professor heyətinin və tələbələrin verilişləri təşkil olunur. Fakültənin tədris otaqlarında müasir elmi texniki tərəqqinin tələblərinə cavab verən müasir mühazirə, seminar və laboratoriyaları vardır. Fakültənin elmi tədqiqat laboratoriyası vardır.
GDU-nun Fizika və texniki fənnlər fakültəsinə ümumi rəhbərlik seçkili orqan – dekanın başçılıq etdiyi fakültə Elmi Şurası tərəfindən həyata keçirilir. Fakültədə fəaliyyət göstərən Tələbə Elmi Cəmiyyəti ali təhsilli mütəxəssislərin hazırlanmasının keyfiyyətinin yüksəldilməsinə yönəldilmiş elmi-təşkilati tədbirlərin həyata keçirilməsində; tələbələrin elmi-texniki potensialın qorunub saxlanılmasında; magistr və bakalavr tələbələrin elmi tədqiqat fəaliyyətinin yeni sosial-iqtisadi şəraitə uyğun təşkil edilməsində əhəmiyyətli rol oynayır.

Professor Muğan Quliyev Azərbaycan elmini avanqard kimi təmsil edən alimlərimizdəndir. O, ölkəmizə təşrif buyuran beynəlxalq elmi təşkilatların nümayəndələrinin, nüfuzlu alimlərin, təhsil ekspertlərinin qarşılanmasında, ali təhsil müəssisələrimizlə tanış olan qonaqlarımızın suallarının cavablandırılmasında fəal iştirak edib, onlarla geniş fikir mübadilələri aparıb.

Muğan Quliyev elmi yaradıcılıq müstəvisində də çox məhsuldar fəaliyyət göstərib. Onun indiyədək respublikamızda və respublikadan kənarda (Türkiyə, Amerika, Latviya və s.) 30-a qədər elmi əsərləri çap olmuşdur.

Fizika və texniki fənlər Fakültəsinin kollektivi şəhər və universitet tədbirlərində fəal iştirak edir. Belə tədbirlərdən biri 28 sentyabr 2016 – cı il tarixdə Beşinci Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində Gəncədə keçirilən tədbir olmuşdur. Beynalxalq Bakı forumunda iştirak etmək üçün Azərbaycana gəlmiş Bolqarıstran Respublikasının vitse prezidenti hörmətli xanim Marqarita Popova bir gun Gəncədə olmuşdur. Fakultənin tələbələri: IV kurs tələbəsi Anar Məmmədov, II kurs tələbələri Aygül Vəzirova və Xədicə Əliyeva, III kurs tələbəsi Cəmilə Nağıyeva keçirilən tədbirlərdə iştirak etmişlər. Gəncə şəhər İcra Hakimiyyətinin başçısı hörmətli cənab Elmar Vəliyev yüksək vəzifəli qonaqla, Heydər Əliyev Park Kompleksində, Məhsəti Gəncəvi Mərkəzində, Gəncə "Çay - Bulvar" Kompleksində, ”Asan Xidmət” Mərkəzində olmuşlar. Tədbirdə iştirak edən fakültənin tələbələri xanım M.Popova ilə çəkdirdikləri xatirə fotosunda yer almışlar.

1 oktyabr 2016 - cı il tarixində keçirilən Avropa Gənclər Festivalı layihəsi Respublika əhəmiyyətli olub Gəncə şəhər İcra Hakimiyyəti səviyyəsində hazırlanmışdı. Bu geniş diapazonlu və gozəl təşkil edilmiş tədbirin tərkib hissəsindən biri də Gəncə şəhəri təhsil və tərbiyə müəssisələri kollektivlərinin rəsm əsərlərinin sərgisinin nümayişi oldu. Fakultənin təsviri incəsənət müəllimliyi ixtisasının tələbələri özlərinin 25 rəsm əsərləri ilə sərgidə iştirak etdilər.

Oktyabr ayında həmçinin Rusiya Federasiyası Tatarıstan Respublikasının Kazan şəhərində “Yeni nəsil: sərhədsiz məsuliyyət” IV Rusiya – Azərbaycan Gənclər Forumu keçirilmişdir. Forumda qədim Gəncə şəhərini təmsil edən gənclərdən biri də Gəncə Dövlət Universitetinin Fizika və texniki fənnlər fakültəsinin IY kurs tələbəsi Mobil Qarayev olmuşdur. M. Qarayev Gəncə şəhər Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin Layihələr Departementinin rəhbəri, “2016 Avropa Gənclər Paytaxtı” İctimai Birliyin könüllülər üzrə koordinatoru, Gəncə Dövlət Universiteti Enaktus Proqramının proqram meneceridir. O, 10 000 nəfər gəncin iştirakı ilə Ulu öndər Heydər Əliyevin, 6000 nəfər gəncinn iştirakı ilə Bakı-2015-Avropa oyunlarının açılış mərasimi üçün canlı mozaikanın, 10 152 nəfər gəncin iştirakı ilə “Gəncə-Avropa Gənclər Paytaxtıdır-2016” loqosunun canlı mozaikasının layihə rəhbəri olmuşdur. Hər iki ölkənin gənclərinə bir-biri ilə yaxınlaşıb ünsiyyət yaratmaq, fikir mübadiləsi aparmaq, dostluq əlaqələrini genişləndirmək, birgə səmərəli diskussiyalar etmək imkanı yaratmış Forumda Mobil Qarayevin iştirakı ilə “Gənclər və iqtisadiyyat”, “Dünya gənclərin əlindədir” , “Tarixi yaşadaraq, gələcəyi qurmaq” mövzuları ətrafında dəyirmi masalar keçirilmiş, hər iki ölkəni maraqlandıran bir sıra mövzular üzrə müzakirələr aparılmış, əməkdaşlıq haqqında müqavilə imzalanmışdır.

Elmə, təhsilə dövlət qayğısı GDU-nun kollektivini, o cümlədən, fakültənin professor-müəllim heyətini, tələbələri də ruhlandırmış, daha şövqlə işləməyə həvəsləndirir. İnanırıq ki, Universitet bundan sonra da öz üzərinə düşən əsas vəzifənin öhdəsindən layiqlə gələcək - ölkəmizin və onun haqlı olaraq ikinci paytaxtı sayılan Gəncənin çiçəklənməsinə töhfələr verəcək mütəxəssislər hazırlayacaq və gələcək uğurların əldə edilməsində professor Muğan Quliyevin rəhbərlik etdiyi fakültənin də əhəmiyyətli payı olacaqdır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024