Mobil versiya
İŞİD-in tərkibində döyüşən məhşur güləşçimiz öldürülüb
Tarix: 29-09-2016 | Saat: 14:50
Bölmə:Karusel | çapa göndər



Çamsulvarayev kamikadzelərin təşkilata götürülməsinə nəzarət edirmiş

Güləş üzrə Azərbaycan yığmasının sabiq üzvü Çamsulvara Çamsulvarayev İraqda öldürülüb.
Əslən dağıstanlı olan Çamsulvara Çamsulvarayev İraqda öldürülüb. İŞİD terror təşkilatının tərkibində döyüşən güləşçimiz əl-Bara ləqəbi ilə tanınırmış. Çamsulvarayevin ölümü Britaniya təhlil mərkəzinin rəhbəri Coanna Paraşük tərəfindən təsdiq edilib.

Çamsulvara Dağıstandan olan Əbu Zeyd ləqəbli Məhəmməd Əhmədov ilə birlikdə Mosulda öldürülüb.

Məhəmməd Əhmədovun ölümü haqqında onun ailəsinə sentyabrın 22-də məlumat verilib. Onunla birlikdə öldürülənlər arasında Ermənistandan olan 2 terrorçu da olub.

Çamsulvarayev 2009-cu ildə güləş üzrə Avropa çempionu, dünya çempionatının mükafatçısı (2009-cu ildə gümüş, 2007-ci ildə bürünc), 2007, 2008, 2010-cu illərdə Avropa çempionatının bürünc medalçısı olub. O, Azərbaycan yığmasında 74 kiloqram çəki dərəcəsində mübarizə aparıb. Çamsulvarayev kamikadzelərin təşkilata götürülməsinə nəzarət edirmiş.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-04-2024