Mobil versiya
Ermənistan məktəbliləri tətil elan etdilər
Tarix: 29-09-2016 | Saat: 11:15
Bölmə:Karusel | çapa göndər



Bu gün Erməınistanın Araqatsotn rayonunun Vardenis şəhərinin məktəbliləri tətil elan ediblər. Sökülüb dağılmış, qəza vəziyyətində olan binada təhsil almaq istəməyən məktəblilər əvvəlcə bir neçə otağa girişi bağlayıblar, sonradan isə küçəyə çıxaraq bundan sonra bu binaya gəlməyəcəklərini bildiriblər. Onların fikrincə, binaya daxil olmaq həyat üçün təhlükəlidir.

Virtualaz.org-un xüsusi müxbiri xəbər verir ki, hadisə yerinə gəlmiş Araqatsotn rayonu rəhbərliyinin nümayəndələri yeniyetmələri binaya qaytarmağa və qarışıqlığa son qoymağa çalışıblar, lakin onlara qulaq asan olmayıb. Həmçinin məlum olub ki, Vardenisdə yeni məktəbin tikintisi üçün hələ 2011-ci ildə hökumət 430,7 milyon dram (təxminən 1 milyon dollar) vəsait ayırıb. Bu pulların hara yoxa çıxdığını bilmək elə də çətin deyil.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024