Mobil versiya
Erməni komandir: "Qısamüddətli müharibə ola bilər"
Tarix: 13-07-2016 | Saat: 15:10
Bölmə:Karusel | çapa göndər




Bu ilin sentyabr, oktyabr aylarında Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyət yenidən gərginləşə bilər.

Milli.Az azvision.az-a istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan xüsusi təyinatlıların kəşfiyyat diviziyasının yaradıcısı və komandiri Vova Vardanov bildirib.

Onun sözlərinə görə, Azərbaycan ordusunda ciddi hərbi hazırlıqlar görülür: "Avqust ayında Azərbaycanda Türkiyə ordusunun dəstəyi ilə xüsusi təyinatlıların hazırlıq kursları başa çatacaq. Həmin hərbçilər daha sonra ordu sıralarına göndəriləcəklər. Bu baxımdan hesab edirəm ki, Qarabağda vəziyyət payız aylarında yenidən gərginləşə və qısamüddətli müharibə ola bilər. Azərbaycan tərəfi yaxşı bilir ki, havanın nəm olması bizim xeyrimizə deyil. Əgər biz onlara qarşı texnika çıxarsaq, onda həmin texnika palçığa batıb qalacaq".



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024