Mobil versiya
3.5 milyon dollarlıq nahar hərracda satıldı
Tarix: 14-06-2016 | Saat: 20:17
Bölmə:Karusel | çapa göndər

3.5 milyon dollarlıq nahar hərracda satıldı




Dünya şöhrətli milyarder Uorren Baffetlə nahar hərracda 3.5 milyon dollara satılıb. Milyarderlə nahar etmək üçün milyonlar sərf edən şəxsin adı isə mətbuata açıqlanmayıb.

aia.az anspress-ə istinadən bildirir ki, 3.5 milyon dollara satın alınan milyarderlə nahar Nyu-Yorkun "Smith & Wollensky" restoranında baş tutacaq.

Hərrac San-Fransiskoda bir həftə boyunca keçirilib. Həftənin sonuncu günü 2.8 dollarla başladılan satış 3.5 milyon dollara qədər qalxıb.

İlk bu cür birgə nahar isə 2000-ci ildə satılıb və milyarderlə nahar şansı 25 min dollara alınıb.



Daha əvvəl amerikalı investor-milyarder Uorren Baffetlə birlikdə nahar etmək hüququ 2014-cü ildə "eBay" internet-hərracında $ 2,17 milyon dollara satılıb.

Qalib "EMES" şirkətindən olan Sinqapur sakini Endi Çua olub.

"eBay" bildirib ki, dünya maliyyəsinin 85 yaşlı əfsanəsi ilə birlikdə nahar etmək üçün keçirilən hərrac 2 milyon 166 min 766 dollar həddində başa çatıb. 5 sutka davam edən hərraca ümumilikdə 121 ərizə verilmişdi.

2013-cü ildə Baffetlə nahar 1 milyon dollara başa gəlmişdi. Rekord qiymət isə 2012-ci ildə qeydə alınıb - 3 milyon 456 min 789 dolar.

Uorren Baffet "Forbes"un milyarderlər reytinqində üçüncü yeri tutur. O, planetin ən nüfuzlu şəxsləri sıransındadır. Onun var-dövləti 72.2 milyard dollar qiymətləndirilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024