Mobil versiya
Qarabağda erməni əsgər öldürüldü
Tarix: 02-06-2016 | Saat: 16:52
Bölmə:Karusel | çapa göndər



Qarabağda daha bir erməni əsgər ölüb.

Aia.az anspress-ə istinadən bildirir ki, hadisə təmas xəttinin şimal hissəsində - Dağlıq Qarabağdakı hərbi hissələrdən birində baş verib.

İyunun 2-də saat 09:15-də ordunun əsgəri, 1997-ci il təvəllüdlü Xoren Harutunyan ölümcül yaralanıb. Əsgər həyatını itirib.

Hadisənin səbəblərinin araşdırılması üçün təhqiqat aparılır.

Son dəfə Ermənistan ordusunda əsgər ölümü faktı 3 gün öncə qeydə alınıb. Əsgər 1997-ci il təvəllüdlü Suren Armen Mosiyanın Qarabağda naməlum şəraitdə qəfildən öldüyü bildirilir.

Həmçinin mayın 26-də Ermənistan ordusunda bir gün ərzində iki əsgərin ölməsi barədə məlumat yayılmışdı. Öldürülən Vaqe Yeqoyanın 10 ayın əsgəri olduğu bildirilirdi. Yeqoyanın ölümünə səbəb olan güllə 19 yaşlı əsgərin başından dəymişdi.

Daha sonra ordunun digər əsgəri Akop Qevorkyanın qətlə yetirildiyi barədə məlumat yayıldı. Araşdırmalar nəticəsində məlum olub ki, əsgər mayın 25-də öz xidmət yoldaşı Q.Kosoqoblyan tərəfindən öldürülüb. Ermənistan İstintaq Komitəsinin məlumatına görə, Kosoqoblyan əvvəl əsgər yoldaşı ilə mübahisə edib. Daha sonra onu döş qəfəsindən bıçaqlayıb.

Qeyd edək ki, son zamanlar Qarabağda və Ermənistan ərazisində yerləşən hərbi hissələrdə naməlum şəraitdə əsgər ölümlərinin sayı durmadan artır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024