Mobil versiya
General: “Əmr verilsə İrəvanı vurarıq”
Tarix: 20-05-2016 | Saat: 12:41
Bölmə:Karusel | çapa göndər




Azərbaycan Silahlı Qüvvələri uzaq mənzilli operativ-taktiki raketlərin əldə edilməsi üzərində işləyir.

Bu barədə "AzeriDefence” jurnalına müsahibəsində Raket və Artilleriya Qoşunlarının komandanı, general-mayor Zahid Hüseynov bildirib.

General Z. Hüseynov qeyd edib ki, Azərbaycan dövlətinin özünü qoruması üçün 200, 300, 500 km-ə qədər mənzilli operativ-taktiki raketləri olmalıdır.

"Düzdür, biz heç bir dövlətlə müharibə eləmək istəmirik. Amma məşhur bir atalar sözü var "sülh üçün hərbə hazır olmalısan”. Silah da məhz buna görə lazımdır. O ki, qaldı düşmənin hansısa obyektini vurmağa, bu gün Azərbaycan ordusunun silahlanmasında olan silah sistemləri ermənilərin işğal altındakı ərazilərimizdə olan bütün hərbi obyektlərini dəqiqliklə vurmağa tam imkan verir. Düşmənin hər hansı obyektini nöqtə atışı ilə vura bilərik. Ali Baş Komandan əmr versə İrəvanı da vura bilərik”, – deyə general vurğulayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024