Mobil versiya
"Ana, çəkmələrimi Qarabağ azad olunandan sonra təmizlə" Şəhidimizin son arzusu:
Tarix: 16-05-2016 | Saat: 10:50
Bölmə:Karusel | çapa göndər




Şəkidə şəhidlərin ölümündən sonra təltif edildiyi medallar ailələrinə təqdim olunub.

Aia.az anspress-ə istinadən bildirir ki, ANS TV-in məlumatına görə, aprel ayının əvvəllərində eyni gündə Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində gedən döyüşlərdə şəhid olan Vüqar Süleymanov və Orxan Hümmətovun hərbi xidmətdə fərqləndiyinə görə medalları ailələrinə təqdim olunub.

Ailələrə medalların təqdim olunması Şəkidə hər iki şəhidin 40 mərasimi zamanı baş tutub.
Şəhidlərin ailə üzvləri Vüqar kimi qəhrəman oğullarımızla qürurlandıqlarını bildirdilər.

Şəhid Orxan Hümmətovun anası isə oğlunun bir arzusunu həyata keçirmək üçün Allahdan ömür payı istəyir. Oğlu bir neçə ay əvvəl məzuniyyətə gələrkən öz hərbi çəkmələrini anasına verib, onların üzərində Qarabağ torpağı olduğunu söyləyib və həmin çəkmələri saxlamağı, yalnız torpaqlarımız azad olunandan sonra çəkmələri yumağı xahiş edib.

Uzun müddətdir aviasiyada xidmət edən şəhidin qardaşı Vüsal Hümmətov qardaş itkisinə görə təəsüflənsə də, onun şəhidlik zirvəsinə ucaldığı üçün qürur duyduğunu da bölüşdü.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə