Mobil versiya
Dələduzun toruna düşənlərin arasında polis rəisi da var
Tarix: 05-05-2016 | Saat: 16:21
Bölmə:Karusel | çapa göndər

Dələduzun toruna düşənlərin arasında polis rəisi da var

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən 46 yaşlı Aygün Babaşovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Prosesə hakim Faiq Qəniyev sədrlik edib. Prosesdə şahid qismində Kəmalə Hüseynzadə ifadə verib. O, ifadəsində hadisəni tam xatırlamadığını, Nəsimi notariat kontorunda işlədiyi müddətdə, 2012-ci ildə bir vətəndaşa müvəqqəti şəxsiyyət vəsiqəsi ilə etibarnamə verdiyini deyib. Şahid istintaqa verdiyim ifadəsəni təsdiq etdiyini deyib.

Proses mayın 12-də davam edəcək.

Qeyd edək ki, Ayğün Babaşova 8 nəfərin etibarınbdan sui-istifadə edərək ümumilikdə 450 min manat dələduzluq edib. O, zərərçəkmişləri birgə biznes quracaqları adı ilə aldadıb. A.Babaşova Telman Qarayev, Məmməd Məmmədov, Hikmət Babayev, Gövhər Xanməmmədova və digərlərinin pulunu ələ keçirib. Zərərçəkmişlərin arasında Dövlət Yol Polisinin əməkdaşı da var. A.Babaşova onun etimadını qazanaraq 200 min manata yaxın pul alıb.

Təqsirləndirilən şəxs lüks həyat tərzi yaşayıb. Qurbanların çoxunu da məhz bu yolla aldadıb.

Aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024