Mobil versiya
Aqrar Universitetində Rəsul Quliyev “izi”
Tarix: 28-04-2016 | Saat: 13:38
Bölmə:Karusel | çapa göndər

Aqrar Universitetində Rəsul Quliyev “izi”

Rektor İbrahim Cəfərov bu “jesti” ilə mühacir müxalifət liderinin kursunu dəstəklədiyini nümayiş etdirir

Aia.az bizimdovr.az-a istinadən bildirir ki, son vaxtlar ölkə mətbuatına, o cümlədən bizimdovr.az-a Gəncə şəhərində yerləşən Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) baş verən qanun pozuntuları, müxtəlif özbaşınalıqlar, tələbələrin rüşvət hesabına aylığa buraxılması, rektor İbrahim Cəfərovun tez-tez “ixtisarlar” bəhanəsilə pedaqoji kollektivə qarşı qanunsuz tələblər irəli sürməsi və bir çox digər neqativ hallar barədə daxil olan məlumatların sayı artıb. İlk növbədə bu açıqlamalarda İbrahim Cəfərovun yol verdiyi özbaşınalıqlar nəticəsində universitetdə təhsilin səviyyəsinin kəskin şəkildə aşağı düşdüyü bildirilir. Məlumatlarda qeyd olunur ki, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən bu ali təhsil müəssisəsində hazırda müxtəlif qanunsuzluqlar baş alıb gedir. Maraqlıdır ki, ADAU-ya rektor təyin olunandan sonra, bu təhsil müəssisəsində imtahanların şəffaf keçirildiyini bəyan edən İbrahim Cəfərov tələbələrin 100% nəticələr göstərdiyini iddia edir. Mənbələr isə iddia edirlər ki, bu gün ADAU-da təhsil alan tələbələrdən hər imtahan üçün artıq 50 manat rüşvət alınır. Eyni zamanda da, bir çox tələbələr var ki, onlar ildə bir dəfə unversitetə təşrif buyururlar və həmin tələbələr unversitet rəhbərliyinə illik müəyyən olunmuş məbləğ verirlər. Bundan başqa, məlumatlarda ADAU-da qiyabi təhsil alan tələbələrin daha sərt qaydalara əməl etməli olduqları qeyd olunur. Göstərilir ki, son imtahan sessiyası zamanı rektorun rüşvət tələblərinə cavab verə bilməyən tələbələr narazılıqlarını ifadə etmək qadağası ilə üzləşiblər. Bir daha xatırladaq ki, Azərbaycan Dövlət Aqrar Unversiteti kənd təsərrüfatı sahəsi üçün mütəxəsislər yetişdirir. Unversitetdə Aqronomluq, Aqrotexnologiya, Baytarlıq Təbabəti və Əcazçılıq fakultəsi, Elektroenergetika və İnformasiya Texnologiyaları, Mühəndislik, Aqrar İqtisadiyyat fakultələri mövcuddur.

Artıq qeyd olunduğu kimi, bir müddət əvvəl Hesablama Palatasının Dövlət Aqrar Universitetində apardığı yoxlamalar nəticəsində “ölü canlar” maxinasiyası vasitəsilə 500 min manatlıq dövlət vəsaitinin mənimsənilməsi faktının aşkarlandığı faktı gündəmə gəlmişdi. Bu xüsusda redaksiyamıza daxil olan məlumatda göstərilirdi ki, həyata keçirilən maxinasiya birbaşa rektor İbrahim Cəfərovun göstərişi ilə baş verib. Belə ki, Aqrar Universitetin nəzdində olan 5 elmi sahəvi labaratoriyalarda təcrübə aparan işçilərin sayı azı 5 dəfə artırılıb və həmin “ölü can”ların adına əmək haqqı yazılaraq götürülüb. Bundan başqa Universitetin 4 labaratoriyasında 70-dən çox şəxsin adı iş cədvəlində yazılsa da əmək haqqlarının rektor İbrahim Cəfərova çatdırıldığı bildirilirdi.

Yeni əldə etdiyimiz daha bir maraqlı məlumatda isə iddia olunur ki, bu gün Gəncədə bir çoxları Azərbaycan Dövlət Aqrar Universitetini keçmiş spiker, hazırda ölkədən kənarda yaşayan və müxalifət lideri sayılan Rəsul Quliyevin “obyekti” kimi tanıyırlar. Qeyd olunmalıdır ki, bu fikirlər yerli ictimaiyyətdə heç də əsassız olaraq formalaşmayıb. Belə ki, hazırda ADAU-da müxtəlif vəzifələr tutan bir neçə şəxsin məhz Rəsul Quliyevin yaxın ətrafına aid olduqları və indinin özündə də onunla sıx bağlılıqları danılmaz faktdır. Mənbələrin iddiasına görə, rektor İbrahim Cəfərov bu kontingenti nə təsadüfən, nə də səbəbsiz yerə ətrafında cəmləməyib. Bu xüsusda aldığımız açıqlamalardan birində deyilir: “İbrahim Cəfərov aşkar şəkildə Rəsul Quliyevin siyasi kursunu dəstəkləyir. Ən azından onun yaxın ətrafına mənsub olmuş kadrların Aqrar Universitetdə vəzifələrə gətirilməsi bunu deməyə əsas verir...”

Qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq.

Aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024