Mobil versiya
Hüseyn Abdullayevdən xəbər var
Tarix: 16-02-2019 | Saat: 11:31
Bölmə:Karusel / Gündəm | çapa göndər

Hüseyn Abdullayevdən xəbər var


Türkiyədə saxlanılaraq Azərbaycana təhvil verilən sabiq deputat Hüseyn Abdullayev aclığı dayandırıb.

H.Abdullayev fevralın əvvəlində 3 günlük aclıq aksiyası keçirib. Sabiq deputat aclıq keçirməklə beynəlxalq təşkilatlardan Azərbaycan hökümətinə onunla bağlı daxil olan sorğulara doğru cavabların verilmədiyinə etiraz edib.

H.Abdullayevin vəkili Ruhid Əkbərov müvəkkili ilə bağlı suallara bir qayda olaraq cavab vermir. Müvəkkilinin aclığı dayandırması ilə bağlı sual da istisna olmayıb. Vəkil sualı dinləyərək cavab verməkdən imtina edib. Qeyd edək ki, Hüseyn Abdullayev 2018-ci il aprelin 22-də Türkiyədə saxlanaraq Azərbaycana gətirilib.

Sabiq deputatın cinayət işi üzrə materialların yaxın zamanlarda məhkəməyə göndəriləcəyi haqda məlumatlar yayılıb. Bildirilir ki, istintaq yaxın zamanlarda yekunlaşacaq.

H.Abdullayev hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır. (Musavat.com)


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024