Mobil versiya
Bir əlində papiros, bir əlində qələm…
Tarix: 11-02-2019 | Saat: 11:41
Bölmə:Karusel / Gündəm | çapa göndər

Bir əlində papiros, bir əlində qələm…


Adamın heç inanmağı gəlmir. İnana bilmirsən ki, mehriban, səmimi, gözəl qələm sahibi olan insan artıq iki ikdir ki, aramızda yoxdur. Bəli, yaşasaydı 77 yaşı tamam olacaqdı. Amansız əcəl onu aramızdan aparsa da, əziz xatirəsi qəlbimizdə silinməz izlər qoyub, unudulmamaq haqqı qazanıb. Haqqında söhbət açmaq istədiyimiz Polad Müseyib oğlu Qasımov uzun müddət “Kirpi” satira jurnalının baş redaktoru olmuş “Əməkdar mədəniyyət işçisi”, görkəmli jurnalist, sovetlər dövründən bugünümüzə körpü salan mətbuatımızın sonuncu mogikanlarından biri idi, desək, yəqin ki, səhv etmərik. Mətbuat onun həyatı idi. Əvvəllər müxtəlif dövlət mətbu orqanlarında çalışsa da, fəaliyyətinin böyük bir dövrü “Kirpi” satira-yumor jurnalı ilə bağlı olmuşdur.

O, bu satira-yumor jurnalını öz doğma balası kimi sevir, burada dərc olunan hər bir yazının üstündə “əsir”, maraqlı, lakonik oxucuya oxunaqlı olması üçün əlindən gələni əsirgəmirdi. Kabinetinə girəndə bir əlində siqar, birində qələm qarşısındakı ağ vərəqə xırdaca hərflərlə nə isə qeydlər etdiyinin şahidi olardıq. Bir sözlə, xəmiri yumorla yoğrulmuşdu. Onun qələmindən çıxan yumor dolu lətifələr kitabları oxucuların ən sevimli stolüstü nəşrlərindən idi.

Müasir jurnalistlər ordusunun yaranmasında Polad Qasımovun da özünəməxsus yeri və rolu danılmazdır. Polad Qasımov dəsti-xətti mətbuatda hər zaman özünəməxsusluğu ilə seçilib. Onu Kirpisevərlərə qələmi sevdirmişdi. Bugünkü mətbuat bolluğu şəraitində Polad Qasımovun yerin görünməkdədir. Bu iti, satirik qələm sahibi ilə bağlı xoş xatirələr yazmaqla qurtaran deyil. Əslində bu barədə bir kitab yazmaq lap yerinə düşərdi… Allah sənə rəhmət eləsin, Polad Qasımov, qəbrin nurla dolsun.

Nüsrət İsəoğlu ,

“Dağlar.info” saytının rəhbəri



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024