“Qarabağ” cərimələndi - Məşqçisinə görə
Tarix: 6-02-2019, 15:00 | Saat: 15:47:00
Bölmə:Karusel / İdman | çapa göndər

“Qarabağ” cərimələndi - Məşqçisinə görə


AFFA İntizam Komitəsi "Qarabağ" klubunun məşqçisi Mario Dobromirovu 1600 manat cərimələyib.

aia.az-ın qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, buna Dobromirovun "Neftçi" ilə Azərbaycan Premyer Liqasının XV tur matçında hakimlər otağına icazəsiz daxil olması səbəb olub.

İntizam Komitəsi oyun zamanı qırmızı vərəqə alan futbolçuları da cəzalandırıb. 70-ci dəqiqədə ikinci sarı vərəqəni alaraq meydandan kənarlaşdırılan Anton Krivotsyuk və 90+2-ci dəqiqədə eyni səbəbdən qovulan Qara Qarayev hərəyə 1 matçlıq diskvalifikasiyaya məruz qalıb. Hər iki kluba 200 manat cərimə də kəsilib.

"Qarabağ" daha 800 manat cəriməni 10-cu dəqiqədə azarkeşlərinin pirotexniki vasitələrdən yararlanmaları səbəbindən ödəyəcək.

Qeyd edək ki, oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

aia.azшаблоны для dle 11.2



547 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
25-01-2018, 12:42 Sabah Bakıya qar yağacaq



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə

15-02-2019
«    Fevral 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728 
{sape_links}{sape_article}