Formula 1 yarışı daha 3 il Azərbaycanda keçiriləcək
Tarix: 5-02-2019, 10:28 | Saat: 15:47:00
Bölmə:Karusel / İdman | çapa göndər

Formula 1 yarışı daha 3 il Azərbaycanda keçiriləcək


Formula 1 yarışı daha 3 il Azərbaycanda keçiriləcək.

Bununla bağlı bu gün Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov və Formula 1 Şirkətlər Qrupunun baş icraçı direktoru Çeyz Kerri saziş imzalayıb.

A.Rəhimov qeyd edib ki, Formula 1 yarışının Azərbaycanda keçirilməsi mühüm amildir və Azərbaycan daha 3 il bu yarışmaya ev sahibliyi edəcək.

Qeyd edək ki, Formula 1 açıq təkər tipli avtomobillərin dövrəvi avtoyürüşləri üzrə dünya çempionatıdır. Formula 1 üzrə dünya çempionatı hər il keçirilir və Qran Pri statusu daşıyan ayrı-ayrı mərhələlərdən ibarət olur.

İlk dünya çempionatının birinci yarışı 1950-ci il mayın 13-də Böyük Britaniyanın Silverstoun trasında baş tutub.

Bu il Bakıda artıq 4-cü dəfə keçiriləcək Formula 1 yarışlarına aprelin 26-dan start veriləcək.



aia.azшаблоны для dle 11.2



561 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə

15-02-2019
«    Fevral 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728 
{sape_links}{sape_article}