Azərbaycanlı aparıcı dələduzluqda ittiham olunur
Tarix: 22-01-2019, 11:03 | Saat: 15:47:00
Bölmə:Karusel / Manşet2 | çapa göndər

Azərbaycanlı aparıcı dələduzluqda ittiham olunur



"Əgər kimsə müsabiqənin adından istifadə edib pul tələb edərsə, insanları həmin şəxslərə aldanmamağa çağırıram. Çünki biz heç kimdən bir qəpik də almayacağıq".

"Qafqazinfo" xəbər verir ki, bu sözləri "Sinema güzeli” yarışmasının layihə rəhbəri, aparıcı Aysel Nazim fırıldaqçılıq ittihamları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib. Aparıcı bildirib ki, bu ildən etibarən Azərbaycanın da qoşulduğu müsabiqə seçimləri ödənişsizdir və heç kimdən pul alınmayacaq:

"Biz keyfiyyətli bir layihə təşkil edirik. Türkiyədən gələn jürilərimiz seçimləri edəcək. Aparıcı Vüsalə Səidin oxşar layihəsi olub. Kiməsə görə adımızın qaralanmasını istəmirəm. Hər kəs daha əvvəl iştirakçıların aldatılmasından, pul alınmasından, yalan vədlər verilməsindən danışır. Bu layihənin hüquqları məndədir və hər şey qanunauyğun nəzərdə tutulub. 6 qız 6 oğlan seçiləcək və onlara ödənişsiz aktyorluq dərslər keçiləcək. 27 yanvar tarixindən seçimlər olacaq və 18-28 yaş aralığında gənclər seçiləcək. Son olaraq qaliblər Türkiyədə qala gecəsinə qatılacaq".

Qeyd edək ki, bir müddət öncə əməkdar artist Məlahət Abbasova bu kimi müsabiqələri fırıldaqçılıq, pul tələsi adlandıraraq ötən il təşkil olunan "Sinemanın kral və kraliçesi" yarışmasının qaliblərinin ortada olmadığını bildirib.

Xatırladaq ki, V. Səid ittihamlara cavab verməkdən imtina edib.

aia.azшаблоны для dle 11.2



5227 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə

15-02-2019
«    Fevral 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728 
{sape_links}{sape_article}