Mobil versiya
Zamirə Hacıyevanın 1 milyonluq üzüyü müsadirə olundu - FOTO
Tarix: 15-01-2019 | Saat: 11:33
Bölmə:Karusel / Media | çapa göndər

Zamirə Hacıyevanın 1 milyonluq üzüyü müsadirə olundu - FOTO


Britaniyanın aidiyyəti qurumları həbsdə olan “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın bir milyon funt sterlinqdən bahalı (təxminən 2,2 milyon manat - red.) briliyant üzüyünü müsadirə edib.


aia.az Oxu.az-a istinadən xəbər verir ki, bu haqda Telegraph məlumat yayıb.

Məlumata əsasən, Cahangir Hacıyev 8,9 karatlıq briliyant üzüyü səkkiz il əvvəl “Harrods” mağazasından alıb.


Britaniyanın Milli Cinayətlərlə Mübarizə Agentliyi bankirin həmin qiymətli zinət əşyasının hansı vəsait hesabına əldə etdiyini araşdırmaq niyyətindədir.


Xatırladaq ki, C.Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib.

aia.az





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024