Mobil versiya
Özünə od vuran İslamovun vəziyyəti ağırdır - Nazirlik
Tarix: 14-01-2019 | Saat: 10:40
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Özünə od vuran İslamovun vəziyyəti ağırdır - Nazirlik



Bakının Sulutəpə qəsəbəsində 40-cı Polis Bölməsinin qarşısında üzərinə benzin tökərək od vuran şəxsin tənəffüs yolları yanıb.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, hazırda Tərlan İslamovun vəziyyəti ağırdır.

"1985-ci il təvəllüdlü Tərlan İslamovun bədəninin 65 faiz hissəsi yanıb. Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının nəzdində fəaliyyət göstərən Yanıq şöbəsinə yerləşdirilən İslamovun bədənin müxtəlif nahiyələri yanıb və 3-cü dərəcəli yanıq diaqnozu ilə müalicəsini Reanimasiya şöbəsində davam etdirir”, - deyə nazirlikdən bildirilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024