Mobil versiya
Evi yarılan jurnalist: 30 min dollarlıq pul və qızıl OĞURLANIB
Tarix: 09-01-2019 | Saat: 12:24
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Evi yarılan jurnalist: 30 min dollarlıq pul və qızıl OĞURLANIB


Abşeron rayonu, Saray qəsəbəsi, Cəlil Məmmədquluzadə küçəsindəki evində oğurluq hadisəsi baş verən “ARAZ” FM-in aparıcısı Aygün Akif Modern.az-a açıqlama verib.



Hazırda Ukraynada olduğunu bildirən Aygün Akif ailəsinin hadisədən dərin sarsıntı keçirdiyini bildirib:



“Reklam çəkilişləri üçün üç günlük Ukraynaya gəlmişəm. Görünür oğrular mənim evdə olmamağımdan istifadə ediblər. Baxıblar maşınım da yoxdur həyətdə, rahat şəkildə çirkin məqsədlərini həyata keçiriblər. Hadisə günün gündüz çağı baş verib.



Oğrular mənim otağım tərəfdən dəmir barmaqlıqları çıxarıb pəncərəni açıblar və çox rahat şəkildə evə daxil olublar”.



A.Akif bildirib ki, evdən təxminən 30 min dollarlıq pul və qızıl-zinət əşyaları aparıldığını deyib:



“30 min dollardan yuxarı ziyan dəyib. Oynanan külli miqdarda lotoreya pulları bizim evimizdə idi. Hər şeyi çox rahat şəkildə yığışdırıb aparıblar”.



Aparıcı hadisənin anası Kərimova Bahar Talıb qızı tərəfindən aşkarlandığını bildirib:



“Anam axşam təxminən 8 radələrində evə daxil olanda oğurluq baş verdiyini başa düşüb. 102-ə zəng edib, amma polis çox gec-4 saat sonra gəlib. Maraqlıdır ki, oğrular darvazadan rahat şəkildə çıxıblar”.



aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024