Mobil versiya
Bakıda intihara cəhd edən gənc xilas edildi - YENİLƏNİB, VİDEO
Tarix: 09-01-2019 | Saat: 09:30
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Bakıda intihara cəhd edən gənc xilas edildi - YENİLƏNİB, VİDEO


Fövqəladə Hallar Nazirliyi Bakının Nizami rayonu ərazisində intihara cəhd hadisəsi ilə bağlı məlumat yayıb. aia.az Fövqəladə Hallar Nazirliyi (FHN) saytına istinadən xəbər verir ki, Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər dördmərtəbəli binanın damına çıxaraq intihar etmək niyyətini nümayiş etdirib.



Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.



***



Bakının Nizami rayonu ərazisində gənc oğlan intihara cəhd edib. aia.az “Report”a istinadən xəbər verir ki, gənc oğlan "Neftçilər" metrostansiyası yaxınlığında "McDonald's"ın da yerləşdiyi binanın damına çıxaraq özünü aşağı atmaq istəyir.



Hadisə yerinə polis əməkdaşları və xilasedicilər cəlb olunub.


aia.az





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024