Mobil versiya
Qazaxda eksko­va­­tor snayperdən atəşə tutuldu - ERMƏNİ TƏXRİBATI
Tarix: 07-01-2019 | Saat: 15:36
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Qazaxda eksko­va­­tor snayperdən atəşə tutuldu - ERMƏNİ TƏXRİBATI


Qazax və Ağstafa rayonları ərazisində düşmənlə təmas xəttində xidməti-döyüş fəaliyyətini həyata keçirən sərhəd döyüş məntəqələri istiqa­mətində Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəs re­ji­minin pozulması halları davam etməkdədir.

Dövlət Sərhəd Xidmə­tindən aia.az-a verilən məlumata görə, yanvar ayının əvvəlindən hal-hazıradək Dövlət Sərhəd Xidmə­tinin Sərhəd Qoşunlarının "Qazax” sərhəd dəstəsinin sərhəd döyüş məntəqələri Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən 81 dəfə atəşə tutulub.

06 yanvar tarixində saat 15:35 radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələrindən Qazax rayonu­nun Kə­mərli kəndi yaxınlı­ğındakı sərhəd döyüş məntəqəsinə doğru 7,62 mm çaplı "SVD” snay­per silahından açılmış atəş nəticəsində güllə dövlət sər­həd xəttindən 450 metr məsafədə mühəndis işləri aparan, mülki şəxs tərəfindən ida­rə olunan eksko­va­­torun çalo­vu­na dəymiş və kabinası­nın sağ şüşəsini sın­dır­ıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

aia.az






Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024