Mobil versiya
“Müstəqil olmayan qadın uğur qazana bilməz” - Vitse-spiker
Tarix: 25-12-2018 | Saat: 13:11
Bölmə:Karusel / Gündəm | çapa göndər

“Müstəqil olmayan qadın uğur qazana bilməz” - Vitse-spiker


"Qadınlar nə qədər iqtisadi proseslərə çox qoşulacaqlarsa, bir o qədər özlərini azad, müstəqil hiss edəcəklər və qətiyyətlə siyasi proseslərin fəal iştirakçısına çevriləcəklər"

Azvision.az xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini Bahar Muradova Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2018-ci ilin yekunlarına həsr etdiyi kollegiya iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, ölkəmizdə nailiyyətlərin qazanılmasında və bu nailiyyətlərin qazanılması səbəblərinin formalaşmasında Azərbaycan qadınlarının çox böyük rolu var.

MM sədrinin müavini bildirib ki, iqtisadi cəhətdən müstəqil olmayan qadın siyasi prosesə nə qatıla, nə də uğur qazana bilər. Ona görə də Azərbaycanda qadınların iqtisadi prosesə qatılması baxımından görülən işlər çox əhəmiyyətlidir.

O qeyd edib ki, qadın sahibkarlığının inkişafı vacib məsələdir:" Qadınlarımız iqtisadi proseslərdə, milli-mənəvi dəyərlərin qorunmasında nə qədər çox iştirak edəcəklərsə, nə qədər könüllü olaraq, öz üzərlərinə çox vəzifə götürməli olacaqlarsa, biz də onların qanuni əsaslarını daha çox yaratmalı olacağıq".

B.Muradova əlavə edib ki, Azərbaycanda ailə təsərrüfatların yaradılması qadın sahibkarların inkişafı, uşaqların, gənclərin sağlamlığının təhsilin yüksək səviyyədə təmin olunması, bütün bu proseslərin üzərində ictimai sosial nəzarətin təmin olunması istiqamətində görülən işlər təqdirəlayiqdir:" Bunlardan yalnız qürur duya bilərik. Əlbəttə ki, bu proseslə bağlı üzləşdiyimiz müəyyən problemlər də mövcuddur. Bu problemlərin həlli üçün biz sizinlə birlikdə bu yolu getməkdə davam edəcəyik. Təkcə bu il ərzində Milli Məclisin müvafiq komitələri və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə bu hüquqların qorunması, əlçətanlığının təmin olunması üçün çoxsaylı müzakirələr həyata keçirilib".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024