Mobil versiya
Xaricdə yaşayan iş adamı Azərbaycandakı məhkəmələrdən şikayətçidir
Tarix: 21-12-2018 | Saat: 11:21
Bölmə:Karusel / Gündəm | çapa göndər

Xaricdə yaşayan iş adamı Azərbaycandakı məhkəmələrdən şikayətçidir



Qazaxıstanda yaşayan iş adamı Vüsalə Rəhimli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edərək, doğma vətənində fəaliyyət göstərən məhkəmələrdən şikayət edib.

Şikayət məktubunda qeyd edilir ki, o, bir zamanlar iş ortağı olmuş İbrahimov Fikrət Vəli oğlunun böhtanının və Pirallahı məhkəməsinin qanunsuz qərarının qurbanı olub. Belə ki, Fikrət İbrahimov ona olan borcunu qaytardıqdan sonra heç bir əsas olmadan saxta sənəd tərtib edib, onu heç bir ciddi dəlil-sübut olmadan Piarallahı məhkəməsinə təqdim edib və qəribəsi budur ki, məhkəmə ikincinin xeyrinə qərar çıxarıb. Daha qəribəsi isə odur ki, yuxarı instansiya məhkəmələri də bu qərarı təsdiq ediblər. Söhbət nə az, nə də çox 700 min dollarlıq iddiadan gedir. Özü də bu cür məsələlər İqtisadi İnzibati Məhkəmədə həll olunmalıdır. Amma nədənsə mülki məhkəməyə müraciət olunub.

Şikayət məktubunda olayla bağlı hərtərəfli materiallar və epizodlar üzrə sənədlər təqim edilir.

Müraciətdə o da vurğulanır ki, iş hal-hazırda Konsitusiya Məhkəməsindədir.

Vüsalə Rəhimli ölkə başçısından və birinci vitse-prezidentdən öz hüquqlarının qorunması üçün kömək umur və buna inanır.

"Çünki məhkəmə qərarları dövlətin adından verilir. Amma məhkəmə dövlətin özü deyil. Dövlət və onun qarantı dövlət başçısıdır!
Mən öz dövlətimə, Sizin böyük ədalətinizə hər zaman inanmışam. Bütün bu qanunsuzluqlara son qoyulması üçün səlahiyyətlərinizdən istifadə edərək, işin ədalətli araşdırılması üçün aidiyatı orqanlara tapşırıq verecəyinizə böyük ümüd bəsləyirəm", -deyə müraciətdə qeyd olunur...



aia.az







Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024