Türkiyədən Bakıya 300 yeni avtobus gətiriləcək
Tarix: 23-11-2018, 11:14 | Saat: 15:47:00
Bölmə:Karusel / Manşet / Ölkə | çapa göndər

Türkiyədən Bakıya 300 yeni avtobus gətiriləcək



Bakı Nəqliyyat Agentliyi (BNA) 300 yeni avtobusun gətirilməsi üçün Türkiyənin “BMC Otomotiv Sanayi ve Ticaret” AŞ şirkətilə danışıqlara başlayıb.

Bu haqda BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev Modern.az-ın sorğusuna cavab olaraq bildirib.


O qeyd edib ki, avtobusların gətirilməsilə bağlı dəqiq tarix bəlli deyil:


“Danışıq prosesindən asılı olaraq, avtobuslar ilin sonu növbəti ilin əvvəllərində Azərbaycanda olacaq. Hazırda Bakı şəhərində müntəzəm marşrut xətləri üzrə təxminən 2000-2020 ədədə yaxın avtobus gündəlik olaraq sərnişinlərə xidmət göstərir. Prezident İlham Əliyevin 8 avqust tarixli sərəncamında göstərildiyi kimi, indiki mərhələdə 300 ədəd müasir komfortlu avtobusların alınması nəzərdə tutulub. Hazırda şirkətlə avtobusların gətirilməsi və digər texniki məsələlərlə bağlı müzakirələr aparılır”.


M.Ağayevin sözlərinə görə, yeni avtobuslar alınıb gətirildikdən sonra sərnişinlərin daha çox narazı qaldığı xətlər üzrə yenilənmələr olacaq”.



aia.azшаблоны для dle 11.2



5147 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə

14-12-2018
«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
{sape_links}{sape_article}