Mobil versiya
Deputat: “Efirləri şit, mənasız və xəcalət verən kino və seriallar zəbt edib”
Tarix: 06-11-2018 | Saat: 16:01
Bölmə:Karusel / Gündəm | çapa göndər

Deputat: “Efirləri şit, mənasız və xəcalət verən kino və seriallar zəbt edib”


“Azərbaycan kinosunun inkişafı ilə bağlı 2019-cu ilin dövlət büdcəsindən Mədəniyyət Nazirliyinə 1,5 milyon manat vəsait ayrılıb.



Burada inkişaf sözü acı gülüş doğurur. Çünki bu vəsaitlə Azərbaycanda cəmi bir dənə ortabab səviyyəli bədii film çəkmək olar. Kino mütəxəssisləri mənə bildiriblər ki, hal hazırda Gürcüstanda, hətta bizdən daha imkansız olan Ermənistanda kino sənayesinin inkişafına qat-qat artıq vəsait ayrılır”.



Modern.az-ın məlumatına görə, bunu deputat Elmira Axundova parlamentdə büdcə müzakirələrində deyib.



O bildirib ki, 27 il Müstəqillik dövründə bizdə tarixi, hərbi və digər ümummilli mövzulara aid sadəcə bir-iki dəyərli filmlər ərsəyə gəlib. “Bunun əvəzində efirləri və kino ekranlarını əksəriyyəti şit, mənasız və xəcalət verən kino və seriallar zəbt edib. Nəzərə alsaq ki, növbəti ilin büdcə gəlirləri 1 milyard 600 milyon manat artırılır, bu halda Azərbaycan kinosunun inkişafına da 1 milyon manat ayırmaq elə də çətin olmamalıdır”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024