Mobil versiya
“AMAY”ın rəsmisi sərhəddə narkotiklə tutuldu
Tarix: 02-11-2018 | Saat: 09:58
Bölmə:Karusel / Gündəm | çapa göndər

“AMAY”ın rəsmisi sərhəddə narkotiklə tutuldu


“AMAY”MMC-nin İranda yaradılan şirkətinə rəhbərlik edən və axtarışda olan şəxs Azərbaycanın dövlət sərhədini pozarkən saxlanıl­ıb.



Bu barədə Modern.az-a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat mərkəzindən məlumat verilib.



Bildirilib ki, DSX əməkdaşlarının sayıqlığı və peşəkarlığı nəticəsində Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 179.3.1-ci və 179.3.2-ci maddələri ilə təqsirli bilinən, barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilən və axtarışda olan “AMAY” MMC tərəfindən İranda təsis edilən “Azər Caspian İran” şirkətinə məxsus müəs­sisə­lərə rəhbərlik edən 1976-cı il təvəllüdlü Bayramov Nizami İmran oğlu Yardımlı rayonu ərazisində İran İslam Republikasından Azərbaycan Respublikası istiqa­mə­tin­­də dövlət sərhədini pozarkən saxlanıl­ıb.



N.Bayramovun üzərinə baxış keçirilərkən 20 qram tiryək, “Nokia” markalı mobil telefon, 150 ABŞ dolları və 100 manat pul aşkarlanıb.



Saxlanılan şəxsə həmin əməllərinə görə Cinayət Məcəlləsinin 318.1-ci, 206.2-ci və 234.1-ci maddələri üzrə ittiham elan edilib.



aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024