Mobil versiya
Elmar Məmmədyarovun çıxışının tərcüməsi – İLK DƏFƏ
Tarix: 01-11-2018 | Saat: 15:47
Bölmə:Karusel / Gündəm | çapa göndər

Elmar Məmmədyarovun çıxışının tərcüməsi – İLK DƏFƏ


Dünən Azərbaycan, Türkiyə və İran xarici işlər nazirləri İstanbulda birgə görüşüb. Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarovun görüşdəki çıxışı sosial şəbəkələrdə gülüş hədəfinə tuş gəlib.


Adalet.az Elmar Məmmədyarovun həmin çıxışının "tərcümə”sini təqdim edir.



Təşəkkür edirəm, mənim dostum, qardaşım, Mövlud müəllim!


Mən Azərbaycan rəhbərliyinin və xalqın adından sizi Cümhuriyyətin 95 illiyi münasibəti ilə təbrik edirəm. Bu çox önəmli və əlamətar bir gündür. Bizim birgə layihəmiz olan boru xətti Cənubi qaz dəhlizinin bir hissəsidir. Əvvəlcə onu demək istəyirəm ki, biz 10 il öncə Bakı-Tbilisi-Ceyhan neft boru-kəmərini istifadəyə verdik. Bu boru-kəməri artıq keçən ildən öz fəaliyyətinə başlayıb. (Türkiyə ilə bağlı bu hissə heç cür anlaşılmır, ola bilsin bizim tərcümə etdiyimiz bu hissə də Elmar Məmmədyarovun dediyinə adekvat olmasın). Biz bundan sonra da faydalı işlər görəcəyik. Türkiyədən sonra İtaliya bazarına Azərbaycanda istehsal olunan neft və qazı çıxarmaq üçün çalışacağıq.


Beynəlxalq Aviasiya şirkətinin açıqlamasına görə, təyyarədən istifadə eləyən adamlar ən çox Bakı-İstanbul reysinin faydalı olduğunu deyirlər. Bu çox rahat hava limanıdır. Limanın açılması bizə də köməklik edər. Biz birgə bəyanat verdik. Sağ olsun, İran və Türkiyə bizə dəstək oldu. Onlar əsasən Dağlıq Qarabağ məsələsini müzakirəyə gətirdilər və bildirdilər ki, o ərazilər beynəlxalq toxunulmazlıq əldə etsin, suverenliyi qorunsun. Düzdü, bütün məsələlər həll olunmayıb. Ancaq enerji, transport məsələləri həll olunmaq üzərədir. Cənub və şimal dəhlizinin açılması ilə bağlı prezidentlərin, Xarici işlər nazirlərinin səviyyəsində müzakirələr olmuşdu. Bakı-Tbilisi Qarsın da açılması ciddi məsələ kimi bizim öhdəmizdə durur. Əlbəttə ki, Astara- Astara (Söhbət İran Astarasından gedir) dəmiryolu istifadəyə verildi. Daha sonra Reşt-Astara dəmiryolunun tikilməsi nəzərdə tutulur.


P.S. Çıxış bir neçə hissədə kəsilirdi deyə Elmar Məmmədyarovun tərcüməsini reallaşdırmaq xeyli çətin oldu. Bəzi qüsurlarımız ola bilər. Ola bilsin ki, Elmar müəllimin dediklərini tam çatdıra bilmədik. Amma ən azından çıxışını bir az daha səliqəyə saldıq. Ümid edirik ki, bizi və Elmar müəllimi başa düşərsiniz.(adalet.az)

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024