Mobil versiya
Faktiki hava açıqlandı - Sel gözlənilir
Tarix: 26-10-2018 | Saat: 10:58
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Faktiki hava açıqlandı - Sel gözlənilir


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti oktyabrın 26-sı səhər saatlarına olan faktiki hava haqqında açıqlama yayıb.

Modern.az-a daxil olan xəbərdə bildirilir ki, əvvəlcədən xəbər verildiyi kimi oktyabrın 26-da qərb rayonlarından başlayaraq ölkə ərazisində hava şəraiti kəskin dəyişib.

Düşən yağıntının miqdarı Ordubad (Ağdərə), Sədərəkdə 15, Şahdağda 10, Naxçıvanda 8, Şərurda 7, Şahbuzda 6, Göygöl, Şəmkirdə və Kiş çayda 1, Balakən, Zaqatalada 5, Şəkidə 0,3, Qusarda 2 mm təşkil edib.

Eyni zamanda proses şimal-qərb küləyinin güclənməsi ilə müşahidə olunub. Küləyin sürəti Xınalıqda 28, Kəlvəzdə 25, Daşkəsəndə 20-25, Mərəzədə 22-24, Altıağacda 22, Neftçalada 20, Bakı və Yardımlıda 18 m/san olub.

Təhlükəli hidrometeoroloji hadisə haqqında xəbərdalıq

Oktyabrın 26-da və 27-si gecə və səhər intensiv, güclü yağışlarla əlaqədar dağ çaylarından qısa müddətli daşqın və sel keçəcəyi gözlənilir.



aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024