Mobil versiya
Qaşıqçının ölümü ilə bağlı daha bir - Şok detal
Tarix: 20-10-2018 | Saat: 16:35
Bölmə:Karusel / Gündəm | çapa göndər

Qaşıqçının ölümü ilə bağlı daha bir - Şok detal


Səudiyyəli jurnalist Camal Qaşıqçının İstanbuldakı Baş Konsulluqda öldürülməsi ilə bağlı yeni detallar ortaya çıxıb.

Axar.az xəbər verir ki, bu barədə "Habertürk” qəzeti məlumat yayıb.

Qəzetin yazdığına görə Qaşıqçı konsulluğa daxil olduqdan 2 saat sonra onun paltarlarını geyinən başqa bir şəxs qəsdən ətrafdakı təhlükəsizlik kameralarına düşməyə çalışıb. Ərazidəki 4 təhlükəsizlik kamerasındakı görüntülərin incələnməsindən sonra binadan çıxan şəxsin Qaşıqçı olmadığı müəyyənləşdirilib.Qaşıqçının paltarları ilə konsulluğu tərk edən şəxs beləliklə dəlilləri qaraltmağa çalışıb.

Türkiyə tərəfinin sözügedən görüntüləri ortaya çıxarmasından sonra Səudiyyə Ərəbistanının cinayəti etiraf etməkdən başqa çıxış yolu qalmadığı bildirilib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının baş prokuroru şeyx Səud əl-Muacib oktyabrın 2-dən yoxa çıxmış səudiyyəli jurnalist Camal Qaşıqçının ölkənin İstanbuldakı Baş Konsulluğunda yaranmış münaqişə zəminində öldüyünü təsdiqləyib. Rəsmi məlumata əsasən, jurnalistin yoxa çıxması faktı ilə əlaqədar aparılan cinayət işinin ilkin nəticələrinə görə, Camal Qaşıqçı konsulluqda olarkən, orada bir neçə nəfər arasında yaranmış münaqişə və dava onun ölümünə səbəb olub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-03-2024